Lanyu adası (, ) — Tayvan adası ilə Batanes arxipelaqı arasında yerləşən ada. İnzibati cəhətdən Çin Respublikasının Taydun qəzasına daxildir. Sahəs 45 km²-dir. Ən hündür nöqtəsi 552 metrdir. Burada hündürlüyü 400 metr olan 8 zirvə vardır.
Adada yam adlı xalq yaşayır. Onlar 800 il öncə Batanesdən köç etmişlər. Adad ümumilikdə 4000 insan yaşayır. Onların 2400 nəfəri yamlılar, 1600 bəfəri isə çinlilərdir. Tayvandan bura Daily Air şirkəti uçuşlar təşkil edir.
1982-ci ildə adada nüvə tullantılarının saxlandığı anbar inşa edilmişdir. Buraya Tayvanın üç atom elektrik stansiyasından tullantılar gətirilir. İstinadlar
Kateqoriya:Tayvan coğrafiyası Kateqoriya:Yerli xalqların yaşadıqları regionlar Kateqoriya:Filippin dənizi adaları Kateqoriya:Çin adaları
