Hadisələr 19 yanvar - Prezident Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” sərəncam imzalanması. 30 yanvar - Prezident Heydər Əliyev tərəfindən Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 80 illiyinin keçirilməsi haqqında sərəncam imzalanması. 7 fevral - Yaponiyanın Naqano şəhərində XVIII Qış Olimpiya Oyunlarının açılışı. 10 fevral - Milli Məclis tərəfindən prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi haqqında qanunun qəbul edilməsi. 27 fevral - Azərbaycan Respublikası ilə İslandiya (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 19-da tanıyıb) arasında diplomatik münasibətlərin yaradılması. 26 mart - Prezident Heydər Əliyev tərəfindən “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalanması. 30 iyun - Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi. "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin yaradılması. 8 sentyabr - Bakıda İpək yolunun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi. 24 sentyabr — Azərbaycan müəllimlərinin XI qurultayının keçirilməsi. Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Gürcüstan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri haqqında Ankara Bəyannaməsinin imzalanması. 3 noyabrda 1998 Pensilvaniya leytenant-qubernatoru seçkiləri.
Doğumlar Marusa Stangar
Ölümlər 4 yanvar — Yusif Yusifov — azərbaycanlı tarixçi, şərqşünas. 14 may — Frenk Sinatra, Amerikalı müğənni və aktyor. 27 iyun — Kərim Təkin, Türk pop müğənnisi. 27 avqust — Tofiq Tağızadə, Azərbaycan kinorejissoru. 30 mart — Cudias Buenoano — əri Ceyms Qudiyerin 1971-ci ildə öldürülməsinə görə edama məhkum olunan amerikalı bir qatil.