Mehmed Əbdüləziz Əfəndi () — Osmanlı sülaləsinin beşinci rəisi, Osmanlı şahzadəsi.

Həyatı Şahzadə Mehmed Əbdüləziz Əfəndi 1901-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə onun ilk xanımı olan Nəşə-fələk xanım idi. 23 yaşında bütün ailəsi ilə birlikdə ölkədən sürgün edildi və əvvəlcə Nitsaya, ardından Qahirəyə köçdü. Nitsada ikən 21 fevral 1929-cu ildə Bərkəmal xanımla (d. 16 mart 1911 — ö. 13 yanvar 1962) evləndi və yeganə qızı olan Xürrəm Sultan (d. 31 dekabr 1939 — ö. 5 mart 1999) dünyaya gəldi. 1953-cü ildə isə ailəsiylə birlikdə yenidən Nitsaya qayıtdı və ölümünədək burada qaldı. 19 may 1973-cü ildə Osman Fuad Əfəndinin vəfatı ilə Osmanlı sülaləsinin rəisi elan olundu. 1977-ci ildə isə 76 yaşında ikən Nitsada vəfat etdi və burada dəfn olundu.

Mənbə http://www.historyfiles.co.uk/KingListsMiddEast/AnatoliaOttoman.htm http://freepages.genealogy.rootsweb.com/~royalty/turkey/i364.html#I364

Kateqoriya:Osmanlı şahzadələri