Allahverdi kilsəsi — Qax şəhəri, Zaqatala küçəsində yerləşən gürcü-pravoslav kilsəsi.
Haqqında Qax şəhəri, Zaqatala küçəsi, 28 ünvanındə yerləşən kilsənin tikilmə tarixi XIX əsrdir. Rusiya imperiyası Qafqazı tam şəkildə işğal etdikdən sonra 1888-ci ildə XIII əsrə aid qədim bazilikanın qalıqları üzərində xristianların könüllü ianələri və Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyətinin maliyyəsi ilə tikilmişdir. Kilsənin inşasında bişmiş kərpicdən, çay daşından və əhəngdən istifadə olunmuşdur. Dördkünc formaya malikdir. Hazırda fəaliyyət göstərmir.
Şəkillər
Həmçinin bax Müqəddəs Nino kilsəsi Müqəddəs Georgi kilsəsi (Qax)
İstinadlar
Kateqoriya:Qax kilsələri Kateqoriya:Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti tərəfindən tikilən kilsələr Kateqoriya:Günbəzli kilsə binaları