Zakir Tahir oğlu Mehdiyev () — Azərbaycan heykəltaraş və rəssamı, pedaqoq, SSRİ Rəssamlar İttifaqının üzvü (1979), Azərbaycan Respublikasının əməkdar rəssamı (2021).

Həyatı Zakir Mehtiyev 1948-ci il 4 oktyabrda Gəncə şəhərində dünyaya gəlib. 1965-ci ildə orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olmuş və 1969-cu ildə bitirmişdir. Həmçinin Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunudur. SSRİ Rəssamlıq Akademiyasının aspiranturasını bitirmişdir. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub.

1978-ci ildə bu institutun heykəltaraşlıq fakültəsini bitirdikdən sonra Mehdiyev Bakıya dönüb. 1983–2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində heykəltaraşlıq tədris etmişdir. 2000–2016-cı illərdə Türkiyədə M.K. Atatürk Universitetində dosent və kafedra müdiri vəzifəsində fəaliyyət göstərmişdir

Yaradıcılığı Zakir Mehdiyev Almaniya, Rusiya, Macarıstan, Finlandiya, Türkiyə,İsveçrə,Yaponiya, İngiltərə, Suriya və Azərbaycanda müxtəlif sərgilərin iştrakçısı olmuşdur. Qəbələdə (İsmayıl bəy Qutqaşınlının) Bakıda (Şah İsmayil Xətainin) və Antakyada Mustafa Kamal Atatürkün xatirələrinə ucaldılmış abidələrin, "Atatürk ve Cumhuriyet" barelyefınınЮсифоглу Ф. Cumhuriyyete sanatsal dokunus // HatayVatan : газета. — 2013. — 24 https://www.hatayvatan.com/cumhuriyete-sanatsal-dokunus.htm müəllifidir. Türkiyədə heykəltaraşlıq kompleksi, "Bilim yolu öncüleri"Bilim yolu onculeri bustler Zakir Mehtiyev https://vimeo.com/57911704 adlı böyük tarix alimlərinin büstlərinin xiyabanı yaratmışdır. 2016-cı ildə Müasir İncəsənət Muzeyində "Heykəl sərgisi" adlı sərgisı keçirilmişdirhttp://matbuat.az/news/589581/azerbaycanli-heykelterasin-sergisi-acildi---foto.html 2017-ci ilin may ayında Turizm Nazirliyi, Azərbaycan Dövlət Sənət Qalereyası və Muzey Mərkəzinin təşkil etdiyi "İRS" adlı sərginin qarışıq ekspozisiyasında nümayiş etdirilmişdir. Bakıda Şah İsmayıl Xətai abidəsi(İbrahim Zeynalovla birgə Beyləqanda Mücirəddin Beyləqani abidəsi(İbrahim Zeynalovla birgə

Stili Daş, mərmər, ağac və digər materiallardan hazırlanmış heykəllər, büstlər, barelyef

Mükafatları 1976-cı ildə "Stalevar" adlı əsərlə Lenin Komsomol mükafatı 1977-ci ildə "İlin ən yaxşı əsəri" mükafatını aldı. 2000 ci ildə "Güləş" heykəli ilə Azərbaycan üzrə birincilik mükafatı(Milli Olimpiya Komitəsi tərəfindən 2000-ci ildə "Wrestling" heykəli ilə Dünya Olimpiya Komitəsi tərəfindən Sidney olimpiya oyunları heykəl müsabiqəsində mükafatlandırılmışdır "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 16 oktyabr 2021 2019 cu ildə Danimarka dövlətinin təşkil etdiyi “Portrait Now! 2019" beynəlxalq müsabiqədə qalib olmuş, Frederiksburg Castle, Danimarkanın kolleksiyasında heykəli beynəlxalq sərgidə yer almışdır.

İstinadlar

Kateqoriya:Azərbaycan heykəltaraşları Kateqoriya:SSRİ heykəltaraşları Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri