2013 FİFA Konfederasiyalar Kuboku Finalı — 2013-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 2013-cü ilin 30 iyun tarixində, Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən Marakana stadionunda, Braziliya və İspaniya milli komandaları arasında keçirilmişdir. Braziliya millisi rəqibini 3-0 hesablı yenərək, İspaniyanın 29 oyunluq məğlubiyyətsizlik seriyasına son qoydu.
Matç Braziliya üçün turnirdə beşinci final oyunu idi (1997, 1999, 2005 and 2009). İspaniya millisi isə ilk dəfə Konfederasiyalar Kubokunun finalına vəsiqə qazanırdı. Qələbə sayəsində Braziliya millisi ardıcıl olaraq üçüncü dəfə turniri qalib kimi bitirmişdir.
Finaldan öncə Braziliya və İspaniya milliləri 8 dəfə qarşılaşmışdılar və bu matçların dördündə Braziliya millisi, 2 matçda İspaniya millisi qalib bitirmiş digər iki matç isə heç-heçə qurtarmışdır. Adidas tərəfindən hazırlanmış olan Adidas Kafusa topu turnirin rəsmi topu sayılırdı. Həmçinin bu top FİFA Klublararası Dünya Kuboku 2012 turnirində də istifadə edilmişdir.
Finala gedən yol BraziliyaMərhələİspaniyaRəqibNəticəQrup mərhələsiRəqibNəticə 3-0Matç 1 2-1 2-0Matç 2 10-0 4-2Matç 3 3-0B qrupu |}Son nəticə A qrupu |}RəqibNəticəSeçmə mərhələRəqibNəticə 2-1Yarımfinal0-0 (7-6 p)
Oyunun nəticələri
Q 12 Julio Sezar M 2 Daniel Alves M 3 Tiaqo Silva (k) M 4 David Luiz M 6 Marselo Y 18 Paulinyo Y 17 Luiz Qustavo Y 11 Oskar Y 19 Halk Y 10 Neymar H 9 Fred Əvəzetmələr: Y 23 Jadson H 21 Jo Y 8 Hernanes Baş məşqçi: Luis Felipe Skolari300px Q 1 İker Kasilyas (k) M 17 Alvaro Arbeloa M 15 Serxio Ramos M 3 Jerar Pike M 18 Xordi Alba Y 16 Serxio Buskets Y 8 Xavi Y 6 Andres İnyesta Y 11 Pedro Rodriguez Y 13 Xuan Mata H 9 Fernando Torres Əvəzetmələr: M 5 Sesar Azpilikueta Y 22 Xesus Navas H 7 David Vilya Baş məşqçi: Visente del Boske Oyunun adamı: Neymar (Braziliya)
Hakimin köməkçiləri: Sander van Roekel (Niderland) Ervin Zeinstra (Niderland) Dördüncü hakim: Feliks Brix (Almaniya) Beşinci hakim: Mark Borş (Almaniya)
İstinadlar
Kateqoriya:FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:FİFA Konfederasiyalar Kuboku