Toxaristan yabquluğu — Aşina sülaləsinin bir qolunun Toxaristan ətrafında qurduğu dövlət.

Hökmdarları

Tarduş şad Toxaristan bəzi mənbələrə görə 618Ş.S. Kamaliddinov (1996). İstoriçeskaya geografiya Yujnogo Sogda i Toharistana po araboyazıçnım istoçnikam IX-naçala XIII vv.. ss. s. 196. , bəzi mənbələrə görə isə 625-ci ildə Tonq Yabqu xaqanın dövründə ələ keçirilmiş, hakimiyyət oğlu Tarduş Şada verilmişdir.J. Harmatta, B.A. Litvinsky (1999). "Tokharistan and Gandhara under Western Türk rule (650-750)". History of civilizations of Central Asia. South Asia Books. ss. c. 3, s. 367-402. . Məşhur buddist rahib Syüançzan 630-cu ildə Tarduş şadın hələ hakimiyyətdə olduğunu yazırdı.Hüseyin Salman (Nisan 1990). "Toharistan Türk Yabguluğu". Türk dünyası araştırmaları: S. 65, s. 133-138. Çin mənbələrində 635 və 645-ci illərdə Çinə səfir göndərildiyi yazılmışdır.

İşbara Yabqu 650-ci illərdə İşbara Yabqu (阿史那乌湿波) Toxaristan hakimi idi.Yeni Tan Tarixi 221b:6252

Pantu Nili yabqu 705-ci ildə hakimiyyətdə olmuş yabqu kimi Pantu Nilinin (般都泥利) adı çəkilir. 718-ci ildə qardaşı Puluo Tigini (阿史恃勒僕羅) Çinə səfir kimi göndərmişdir.Chavannes, Edouard, Documents Sur Les Tou-Kiue (Turcs) Occidentaux, Librairie d’Amérique et d’Orient Adrien Maisonneuve, Paris, 1903, səh. 200

Qutluq İl Tardu 729-cu ildə Çin tərəfindən Toxaristan yabqusu və Eftalit hökmdarı (悒怛王) kimi tanınmışdır. Bəzi mənbələrdə adı Qutluq Ton Tardu kimi keçir.

Şilimanq Çialuo Türkcə adı bilinməməklə bərabər 749-cu ildə və 758-ci ildə Çinə səfir yolladığı məlumdur.

İstinadlar

Kateqoriya:658-ci ildə yarananlar Kateqoriya:759-cu ildə ləğv olunanlar Kateqoriya:Aşina ailəsi Kateqoriya:Tarixi türk dövlətləri