Arxeologiya və Antropologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat.
Tarixi İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor Azərbaycan EA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna indiki Arxeologiya və Antropologiya İnstitutuna çevrilmişdir. 2024-cü il 19 yanvar tarixindən isə institutun adı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə Arxeologiya və Antropologiya İnstitutu kimi təsdiq olunmuşdur.
İnstitutun rəhbərləri İllərDirektor1993–2005Arif Abbasov2005–2021Maisə Rəhimova2021–2023Abbas Seyidov2023Fərhad Quliyev
Əsas elmi istiqamətləri İnstitutun fəaliyyətinin əsas məqsədi arxeologiya və antropologiya elmləri sahəsində Azərbaycanın zəngin maddi-mədəni irsinin öyrənilməsinə yönəlmiş fundamental elmi tədqiqatların təşkili və aparılması olduğu üçün institutun əsas fəaliyyət istiqamətləri buna uyğun müəyyənləşdirilmişdir. İnstitut Azərbaycan arxeologiyasının tarixi və nəzəriyyəsi, sosial və fiziki antropoloji tədqiqatlar, məhkəmə arxeologiyası, numizmatik və epiqrafik tədqiqatlar, Xəzər arxeologiyası, daş, tunc, dəmir dövrü arxeologiyasının müxtəlif problemləri, antik və ilk orta əsrlər, İslam dövrü arxeologiyası, Alban dövrü arxeologiyası istiqamətləri üzrə tədqiqatlar aparır.
Struktur bölmələri Daş dövrü arxeologiyası şöbəsi Neolit və Xalkolit dövrü arxeologiyası şöbəsi İlk Tunc dövrü arxeologiyası şöbəsi Orta və son Tunc dövrü arxeologiyası şöbəsi Dəmir dövrü arxeologiyası şöbəsi Antik dövr və Alban arxeologiyası şöbəsi İlk orta əsrlər dövrü arxeologiyası şöbəsi İslam dövrü arxeologiyası şöbəsi Etnoarxeologiya şöbəsi Məhkəmə arxeologiyası şöbəsi Xəzər arxeologiyası şöbəsi Numizmatika və epiqrafika şöbəsi Antropologiya şöbəsi Fiziki antropologiya laboratoriyası Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsi Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsi Elmi fond şöbəsi Elmi ekspozisiyanın təşkili şöbəsi Arxeoloji texnologiya və ölçü-layihə şöbəsi Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsi Rəqəmsal arxeologiya və süni intellekt şöbəsi
Elmi şura Sədr: Tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Eldar oğlu Quliyev Sədr müavini: Tarix elmləri doktoru, dosent Zaur Həsən oğlu Həsənov Katib: Tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Abubəkir qızı Bəkirova
Üzvləri:
Tarix elmləri doktoru, professor Əsədulla Qüdrət oğlu Cəfərov Tarix elmləri doktoru, professor Qafar Cəfər oğlu Cəbiyev Tarix elmləri doktoru, professor Hidayət Fərrux oğlu Cəfərov Tarix elmləri doktoru, professor Abbas Qadir oğlu Seyidov Antropologiya elmləri doktoru, professor Əliağa Əyyub oğlu Məmmədli Tarix elmləri doktoru, professor Nəcəf Ələsgər oğlu Müseyibli Tarix elmləri doktoru, professor Arif Məhəmməd oğlu Məmmədov Tarix üzrə fəlsəfə doktoru, dosent Akif Arif oğlu Quliyev Tarix üzrə fəlsəfə doktoru, dosent Təvvəkkül Rəsul oğlu Əliyev Tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Hüseyn oğlu Aşurov Tarix üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Hüseyn oğlu Ağayev Tarix üzrə fəlsəfə doktoru, dosent Xəqani İmran oğlu Alməmədov Tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Məzahim oğlu Cəlilov Tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İmran oğlu İbrahimli Tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mübariz Mustafayev Tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Maqsud oğlu Hüseynov Tarix üzrə fəlsəfə doktoru, dosent Taleh Vasif oğlu Əliyev Tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Əbülfət oğlu Alışov Tarix elmləri doktoru, dosent Vəfa Əzbər qızı Mahmudova Tarix elmləri doktoru, dosent Tarix Meyrut oğlu Dostiyev Tarix üzrə fəlsəfə doktoru, dosent Şövqü Vaqif oğlu Həsənov Tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Paşa oğlu Qasımov Tarix üzrə fəlsəfə doktoru, dosent Ceyhun Tofiq oğlu Eminli Tarix üzrə fəlsəfə doktoru, dosent Elmira Bahadur qızı Cəfərova Faiq İlyas oğlu Babayev Mircavid Elşad oğlu Ağalarov
Əsas elmi nəticələr Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində Azərbaycanın ən qədim insan məskənləri, erkən əkinçilik mədəniyyətləri, yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli yaşayış məskənləri, yüzlərlə qəbir abidələri, antik və orta əsrlərə aid şəhərləri və başqa istiqamətlər üzrə əhəmiyyətli elmi nəticələr əldə edilmişdir.
Ekspedisiyalar QARABAĞIN NEOLİT DÖVRÜ ABİDƏLƏRİNDƏ APARILMIŞ SON ARXEOLOJİ TƏDQİQATLAR İMARƏT KOMPLEKSİNDƏ APARILMIŞ ARXEOLOJİ TƏDQİQATLAR GÖYTƏPƏ NEOLİT DÖVRÜ YAŞAYIŞ YERİ TÜLÜ ALBAN KİLSƏSİ POLUTƏPƏ QƏDİM YAŞAYIŞ YERİ MENTEŞ QƏDİM YAŞAYIŞ YERİ HACIƏLƏMHANLI QƏDİM YAŞAYIŞ YERİ MUNCUQLUTƏPƏ NEKROPOLU ŞƏMKİR ŞƏHƏR YERİ XUDUTƏPƏ ÇOXTƏBƏQƏLİ YAŞAYIŞ YERİ II PLOVDAĞ NEKROPOLU VƏ YAŞAYIŞ YERİ QALATƏPƏ ŞƏHƏR YERİ ÜZƏRLİKTƏPƏ QƏDİM YAŞAYIŞ YERİ
Həmçinin bax AMEA Arxeologiya və Etnoqrafiya Muzeyi Arxeologiya Arxeoloji qazıntı
İstinadlar
Xarici keçidlər https://science.gov.az/az/institutes/761 Azərbaycan Arxeologiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmiş " Azərbaycan Milli Elmlər Akademiyasının strukturu"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Kateqoriya:AMEA-nın institut və təşkilatları Kateqoriya:Arxeologiya Kateqoriya:Azərbaycanın elmi-tədqiqat institutları