Kritli Mark Antoni ( e.ə. 71, Krit, Roma imperiyası) — E.ə. II və I əsrlərdə yaşamış olan, Antoni ailəsinə mənsub Roma siyasətçisi. O, Mark Antoni Oratorun Yuliya Antoniya ilə qurduğu evlilikdən doğulan oğlu və triumvir Mark Antoni, Qay Antoni və Lyusi Antoninin atasıdır.

Tarixi E.ə 74-cü ildə pretor seçilmişdir və ertəsi il eynilə atasının otuz il öncə aldığı kimi Pont kralı VI Mitridata qarşı mübarizə aparmaq baxımından çox böyük səlahiyyətlər əldə etmişdir.

Mark Antoni vəzifədə uğursuz olmaqla yanaşı eyni zamanda oğurluqlardan qoruyacağı əyalətləri də yağmaladı.Sallust, Hist. iii., fragments ed. B. Maurenbrecher, p. 108; Marcus Velleius Paterculus ii. 31; Cicero, In Verrem, iii. 91 Dəniz quldurları ilə ittifaq yaradaraq kritlilərə hücum etdi ancaq məğlub oldu və gəmilərindən çoxu batırıldı. Siciliyalı Diodor bu böyük biabırçılıqdan ancaq özünü xilas edə bildi. Bu məğlubiyyətin sonra lağ etmək üçün ona Kritin fatehi mənasına gələn "Kretikus" adı verildi. O, qısa bir müddət sonra, e.ə. 71-ci ildə Kritdə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Roma Respublikasının pretorları Kateqoriya:Roma Respublikasının senatorları Kateqoriya:Qədim Roma sərkərdələri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri