Şoko Asahara () yaxud Çizuo Matsumoto (; ) — Aum Şinrikyo dini sektasının qurucusu və lideri. Dini sekta 1987-ci ildə yaradılıb.
1994-cü ildə sektanın üzvləri Matsumoto şəhərində zəhərli "zarin" qazından istifadə edərək terror aktı törədiblər. Nəticədə 7 nəfər ölüb. 1995-ci ilin martında isə onlar Tokio metrosunda analoji terror aktı törədib, nəticədə 13 nəfər ölüb, 6300 nəfər xəsarət alıb.
Hadisədən sonra Şoko Asahara başda olmaqla sektanın 30-dək rəhbər üzvü həbs edilib, onlardan 13 nəfər barəsində məhkəmə edam hökmü çıxarıb. Şoko Asahara və sektanın digər rəhbərləri 6 iyul 2018-ci ildə edam edildilər.
İstinadlar
Xarici keçidlər A Japan Times article about two documentary films on Aleph BBC profile of Asahara
Kateqoriya:XXI əsr apokalipsistləri Kateqoriya:Yaponiya şintoistləri Kateqoriya:XX əsr cinayətkarları Kateqoriya:Yaponiyada antisemitizm Kateqoriya:Yaponiyanın kor şəxsləri Kateqoriya:Yaponiya cinayətkarları Kateqoriya:Kult liderləri Kateqoriya:Yaponiyada edam olunanlar