Tobias Anselm (24 fevral 2000-ci ildə Avstriyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçu.

Klub karyerası

Liferinq Anselm Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Anselm 2016-cı ildə Zalsburq U-19 komandası ilə UEFA Gənclər Liqasında iştirak etmişdir. O, klub ilə turnirin qalibi adını əldə etmişdir.

Anselm öz peşəkar karyerasında debütünü 22 sentyabr 2017-ci ildə Blau-Vayb Linz klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə Nikolas Meysteri əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. O, klub ilə ilk qolunu 25 may 2018-ci ildə Viener Neuştadt klubuna qarşı oyunda vurmuşdur. Anselm 94-cü dəqiqədə qolla yadda qalmış və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.

Karyera statistikası

Klub

KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolLiferinq2017–18Birinci Liqa31000000312018–192000000020Ümumi karyera5100000051 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.

Uğurları

Klub «Red Bull Zalsburq» UEFA Gənclər Liqası — 2016-2017

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Avstriya futbolçuları Kateqoriya:Liferinq FK futbolçuları Kateqoriya:Avstriyanın kişi futbolçuları Kateqoriya:2. Liqa (Avstriya) futbolçuları Kateqoriya:Avstriya Bundesliqası futbolçuları Kateqoriya:Avstriya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri