Orel Manqala (18 mart 1998-ci ildə anadan olub) — Liqa 1-də çıxış edən "Lion" klubundan icarə əsasında Premyer Liqa təmsilçilərindən olan "Everton" klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən belçikalı peşəkar futbolçu.
Klub karyerası
Ştutqart Manqala Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. 9 iyun 2017-ci ildə Manqala €1.8 milyon qarşılığında Bundesliqa təmsilçilərindən olan Ştutqart klubu ilə müqavilə imzalamışdır. Manqala öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Herta klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Bundesliqa görüşündə Ştutqart rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur.
Hamburq 8 avqust 2018-ci ildə Manqala 2.Bundesliqa təmsilçilərindən olan Hamburq klubuna satın alma şərtilə mövsüm sonuna qədər icarəyə verilmişdir.
Milli karyerası 2015-ci ildə Manqala Belçikanın gənclərdən ibarət milli komandası ilə Bolqarıstanda keçirilən Avropa Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Manqala Çexiya, Sloveniya, Almaniya və Fransa milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Həmin ildə Manqala Belçikanın gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Dünya Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Manqala Honduras, Ekvador, Cənubi Koreya, Kosta-Rika, Meksika və iki dəfə Mali milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Şəxsi həyatı Manqala Belçikada anadan olmuşdur. Valideynləri isə Konqo vətəndaşlarıdır.
Karyera statistikası
Klub
KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolŞtutqart2017–18Bundesliqa200100000210Ümumi karyera200100000210 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Uğurları
Klub «Borussiya Dortmund» Almaniya Superkuboku — 2016-2017
İstinadlar
Kateqoriya:Belçika futbolçuları Kateqoriya:Ştutqart FK futbolçuları Kateqoriya:Hamburq FK futbolçuları Kateqoriya:Qaradərili Belçika idmançıları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Belçikanın kişi futbolçuları Kateqoriya:Nottingem Forest FK futbolçuları Kateqoriya:Everton FK futbolçuları Kateqoriya:Legioner Belçika futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Olimpik Lion FK futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Belçika milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Belçika U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Konqo Demokratik Respublikası əsilli idmançılar Kateqoriya:İngiltərədə legioner Belçika idmançıları Kateqoriya:Fransada legioner Belçika idmançıları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Borussiya Dortmund FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular