Soykinski yarımadası () — Fin körfəzinin sahilində yerləşən yarımada. İnzibati cəhətdən Leninqrad vilayətinin Kinqisep rayonu ərazisinə daxildir. Əvvəllər Soikkola («yarımada») adalandırılırdı

Yerləşməsi Fin körfəzinin cənubunda yerləşir. Yarımada Luj və Kopor körfəzlərini ayırır. Ən ucqar şimal nöqtəsi Kolqanpya burnudur. Mərkəzi hissədə Soykinski zirvəsi yerləşir (136 m).

Əhali thumb|280px|İjorların XIX—XX əsrlərdə yarımada ərazisində yerləşmə xəritəsi. Qədim zamanlardan yarımada ərazisində Fin-uqor xalqlarına aid olan ijoralar və vodlar yaşamışlar. Hazırda da burada bu xalqların nümayəndələri azda olsa kompakt şəkildə yaşayırlar. Sonradan isə əraziyə ruslar və ingermanlandlılar köç etmişlər. 1926-cı ildə Kinqisep qəzasında Soyijor milli kəndsoveti təşkil olunur. Əhalisinin tərkibi: ijor — 2561, rus — 522, digər milli azlıqlar — 168 nəf.

1 avqust 1927-ci ildə Kotelski rayonu təşkil edilir və Soykinski volosu daxil edilir. Bura 9 kənd soveti daxil olur.

20 sentyabr 1931-ci ildə Kotelski rayonu ləğv edilir və Kinqisep rayonuna birləşdirilir.

1933-cü ildə Soykinski kənd sovetliyinin tərkibinə 18 yaşayış məntəqəsi daxil idi: Andrevşina, Vistino I, Vistino II, Dubki, Yevseva Qora, Koşkino, Krasnaya Qorka, Mişino, Paxamovka, Ruçi I, Ruçi II, Slobodka I, Slobodka II, Smenkovo, Suyda Qora, Yuqantovo, Soykino kəndləri və Fyodorovka qəsəbəsi. Əhalisinin ümumi sayı 3092 nəfərАдминистративно-территориальное деление Ленинградской области. — Л., 1933, стр. 38, 241 idi.

1936-cı il məlumatına görə Soykinski kənd sovetliyinə 19 yaşayış məntəqəsi, 723 təsərrüfat və 12 kolxozАдминистративно-экономический справочник по Ленинградской области. — Л., 1936, с. 221. daxil idi.

1939-cu ildə Soykinski kənd sovetliyinə Koskolovski ijor milli kəndsoveti birləşdirilir

Hazırda isə Vistinski kənd sovetliyi adlanır. Kənd sovetliyinə daxil olan yaşayış məntəqələri: Valyanisı k., Vistino k., Qlinki k., Qorki k., Dubki k., Zalese k., Kokino k., Krasnaya Qorka k., Loqi k., loqi q., Mişino k., Novoe Qarkolovo k., Paxomovka k., Ruçi k., Slobodka k., Smenkovo k., Staroe Qarkolovo k., Yuqantovo k., Koskolovo k. Yarımadada ümumilikdə 2000 insan yaşayır.

Mənbə Xəritə İstinadlar

Kateqoriya:Avropa yarımadaları Kateqoriya:Leninqrad vilayəti yarımadaları