Moçan — Novosibirsk vilayətinin cənub-qərbində, Baqan rayonunun mərkəzində yerləşən şoranlıq. Olduqca duzlu qurumuş Moçan gölünün yerində yerləşir. Şoranlığın səthi yaz ayları nəmlənir. Yayda isə tamamən quru bolur.

Bitki örtüyü Ərazisində əsasən Halofitlərə daxil olan Pəncərkimilər fəsiləsinə aid bitkilər bitir:yarımkollar — Kalidium foliatum, birillik bitkilər — salicornia, suaeda, plumbaqokimilər — dəvəayağı, limonium gmelinii.

Əhəmiyyəti Bölgədə yetişən bitkilərin böyük əksəriyyəti Novosibirsk vilayəti Qırmızı kitabına daxil edilmişdir. Bu səbəbdən qərazinin qoruq ərazisi elan edilməsinə ehtiyac vardır. Ərazi meşə zonası ilə əhatə olunmasına baxmayaraq yarımsəhra lanşaftına sahibdir. Bölgə otlaq sahəsi kimi istifadə edildiyindən böyük təhlükə qarşısındadır. Ərazisə qutu qəbrlər və kurqanlar aşkar edilmişdir.

Həmçinin bax Abdır

İstinadlar

Kateqoriya:Rusiya şoranlıqları Kateqoriya:Keçmiş göllər