Mertens burnu () — Çukot yarımadasının şərqində, Senyavin boğazının çıxacağında yerləşən burun. İnzibati cəhətdən Çukot muxtar dairəsi , Providenski rayonu ərazisinə daxildir.

1828-ci ildə Fyodor Litkenin ekspedisyası tərəfindən tətqiq edilmiş və ekspedisiya üzvü, gəmi həkiminin şərəfinə adlandırılmışdır. Qayalı burunda, hündürlüyü 371 m olan İnak dağı yerləşir.

Mertens burnunun sahillərində yuva qururlar: berinq qarabatdağı, iri qağayılar, təmizçilərВодно-болотные угодья России. Том 4. Водно-болотные угодья Северо-Востока России (сост. А. В. Андреев). М.: Wetlands International, 2001. 296 с. ISBN 90-5882-986-3. Az saylı qar qoyunu sürüsünə rast gəlinir. Burun yaxınlığında Beringiya Milli Parkının ornitoloji stansiyası yerləşir.

İstinadlar

Kateqoriya:Berinq dənizi burunları Kateqoriya:Çukot Muxtar Dairəsi burunları