Amar Çatiç (21 yanvar 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq PSV klubunda hücumçu kimi çıxış edən peşəkar Bosniya və Herseqovina futbolçusu.

Klub karyerası

Yonq PSV Çatiç PSV Eyndhoven akademiyası vasitəsilə inkişaf etmişdir. 30 may 2018-ci ildə o, PSV Eyndhoven klubu ilə 2020-ci ilin 30 iyun tarixinə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Çatiç öz peşəkar karyerasında debütünü 24 avqust 2018-ci ildə Oss klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə Zakaria Abuxlalı əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq PSV rəqibinə 1-4 hesabı ilə məğlub olmuşdur.

Şəxsi həyatı Çatiç Niderlandda anadan olmuşdur. Valideynləri isə Bosniya və Herseqovina vətəndaşlarıdır.

Karyera statistikası

KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolYonq PSV2018–19Eerste Diviziya1000000010Ümumi karyera1000000010 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.

Uğurları

Klub "Yonq PSV" Eredviziya U-19 — 2017–2018

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Niderland futbolçuları Kateqoriya:Bosniya və Herseqovina futbolçuları Kateqoriya:Yonq PSV futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Niderlandın kişi futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Niderland Birinci Diviziyası futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları