() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Şimali Afrikadır.

Botaniki xarakteristikası Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Uzunsov ellipsvari yarpaqları üstdən parlaq, altdan isə ağımtıl rəngdə olur. Gövdəsi və budaqları hamardır, üzərində 3-5 bölümlü, sarımtıl-qəhvəyi rəngli, nazik, uzun tikanları vardır. Çiçəkləri sarıdır. Göyümtül-qara meyvələri yaşıl yarpaqların fonunda bitkiyə xüsusi gözəllik verir. Toxumla çoxaldılır.

Ekologiyası Torpağa tələbkar, quraqlığa davamlıdır.

Azərbaycanda yayılması Mərdəkan Dendrarisində introduksiya edilmişdir. Abşeronda park və bağlarda mədəni şəraitdə becərilir.

İstifadəsi Meyvələri ədviyyatların, içkilərin hazırlanmasında,qənnadı sənayesində, yarpaqları isə salat üçün, kökləri dərilərin, parçaların rənglənməsində, xalça sənayesində istifadə edilir. Oduncağı dekorativ işlərdə, xırda əşyaların, ayaqqabı mismarlarının düzəldilməsi üçün yararlıdır.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax