() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Himalay dağlarında, Sikkimdə, Butanda yayılmışdır.
Botaniki xarakteristikası Möhkəm budaqlı, çoxsaylı zoğları, enli, şaxələnmiş çətiri olan, iynəli, həmişəyaşıl koldur. Yaşlı bitkilərdə yan zoğları aşağıya sallanır. Hündürlüyü 1-1,5 m-dir. Qabığı sarı və ya boz-sarı, möhkəm iynələri 3 sm-dir. Yarpaq yerləşməsi növbəli, yarpaqları 2-3 ədəd, sadə, iri, ellipsvariyədək dəyişir, yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır, alt tərəfi mavidir, kənarları xırda dişlidir, uzunluğu 4-8,5 sm, eni 1-2,5 sm-dir. Çiçəkləri sarı, çoxsaylı, xoş qoxulu, salxımvari çiçək qruplarında toplaşmışdır. May-iyun aylarında çiçəkləyir. Meyvələri uzunsov, qırmızı, parlaq, payızın əvvəlində yetişir. Kökləri nazik, güclüdür.
Ekologiyası Günəşə, yarımkölgəyə davamlıdır, torpağa tələbkar deyil, quru və nəmişli, zəif turşulu və qələvili torpaqlara dözür. Yaxşı budanır.
Azərbaycanda yayılması Mədəni şəraitdə park və bağlarda becərilir.
İstifadəsi Alpinari, bağ və kecilməz canlı çəpərlərin salınması üçün yararlıdır.
Yarımnövləri
İstinadlar
Həmçinin bax