() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Balkan yarımadasında, Azov və Qara dəniz sahillərində, Qərbi Qafqazda çöllərdə, qumluqlarda bitir.
Botaniki təsviri Hündürlüyü 20-100 sm-ə çatan yarımkoldur. Gövdələri bünövrəsində oduncaqlı, vegetativ zoğları qısadır. Yarpaqları yaşıl, bir az ətli, təxminən çılpaq, uc hissələrdə ensiz seqmentlərə bölünmüşdür. Alt yarpaqları uzun saplaqlı, digərləri oturaqdır. Səbətləri yumurtavari oturaq olub, şaxələnmiş süpürgəyə yığılmışdır. Yarpaqların uc hissələri lansetvari-xətvari və ya xətvari formalı bölünmüş, uzunluğu 10-15 mm, eni 1 mm-dir. Səbətləri xırda, uzunluğu 3 mm, eni 2 mm-dir. İyul-avqustda çiçəkləyir.
Ekologiyası İstiyə, soyuğa, küləyə davamlıdır.
Azərbaycanda yayılması Böyük Qafqaz və Kiçik Qafqazda, Lənkəranda orta dağ qurşaqlarında, quru torpaqlarda rast gəlinir.
İstifadəsi Təbabətdə yovşanın cavan yarpaqlarından alınan həlimdən qaşınmada və dərinin irinli xəstəliklərində istifadə edilir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1838-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Asiya florası