Saku Heyskanen (29 sentyabr 2001-ci ildə Finlandiyada anadan olub) — 1899 Hoffenhaym klubundan icarə əsasında Finlandiya İkkonen təmsilçilərindən olan Klubi 04 klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçu.

Klub karyerası

Honka Heyskanen Maski akademiyası vasitəsilə inkişaf etmişdir. O, 9 yaşı olarkən Honka akademiyasına qəbul olmuşdur. Heyskanen öz peşəkar karyerasında debütünü 9 avqust 2016-cı ildə Malminkartanon klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Roni Huhtalanı əvəz etmişdir. Finlandiya Kuboku görüşündə Honka rəqibinə 6-0 hesabı ilə qalib gəlmişdir.

Hoffenhaym 8 avqust 2017-ci ildə Heyskanen Bundesliqa təmsilçilərindən olan 1899 Hoffenhaym klubu ilə müqavilə imzalamışdır.

2018-ci ilin yayında Heyskanen Finlandiya İkkonen təmsilçilərindən olan Klubi 04 klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. Heyskanen klub ilə debütünü isə 1 sentyabr 2018-ci ildə JJK klubuna qarşı oyunda etmişdir. O, 20-ci dəqiqədə Yulius Tauriaynen ilə əvəz olunmuşdur. İkkonen görüşündə Klubi rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır.

Karyera statistikası

Klub

KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolHonka2017İkkonen00100000101899 Hoffenhaym2017–18Bundesliqa0000000000Klubi 04 (icarə)2018İkkonen10——0010Ümumi karyera1010000020 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Finlandiya Superkuboku görüşləri daxildir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Finlandiya futbolçuları Kateqoriya:Hoffenhaym FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri