thumb|right|Şoci qapısı olan yapon otağı. – Yaponiya memarlığında taxta çərçivə üzərində şəffaf kağızdan ibarət olan, taxta və ya bambuk qəfəslə əhatə olunan qapı, pəncərə və ya otaq ayrıcısı. Ənənəvi şocidə ənənəvi yapon kağızı vaşi işlənsə də, müasir dövrdə şocinin hazırlanmasında sənaye kağızından və plastikdən də istifadə olunur.

Funksiya Şocilər döndürülən qapılardan fərqli olaraq yana sürüşdürülərək açılıb-bağlandığından otaqda daha çox yerin olmasını təmin etmək funksiyasını daşıyır.

Şocilər adətən ənənəvi evlərdə (bəzən hətta Qərb stilindəki evlərdə), xüsusilə vaşitsularda (ənənəvi yapon otağı) istifadə olunur. Müasir memarlıqda şoci tikilinin xarici memarlığından istifadə olunmur.

Yaponiya yazıçısı Cuniçiro Tanizaki Yaponiya estetikası və memarlığından bəhs edən "Kölgələrin tərənnümündə" adlı kitabında şocinin işıq və kölgə arasındakı qarşılıqlı əlaqədə şocinin rolundan bəhs edir.

Terminologiya Əvvəllər şoci sözü həm fusuma sözü (keçmiş ), həm də şoci (keçmiş ) sözü üçün işlədilirdi.

Həmçinin bax Fusuma

İstinadlar

Xarici keçidlər

Sukiya Living Magazine məqaləsi

Kateqoriya:Yaponiya memarlıq elementləri Kateqoriya:İnteryer Kateqoriya:Yapon evi