Dəniz sinerariyası — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Təbii yayılması Aralıq dənizi ölkələrində yayılmışdır.
Botaniki təsviri Hündürlüyü 50-60 sm olan,çoxillik koldur.Ağ-gümüşü rəngli yarpaqları bitkiyə dekorativ görünüş verir.Lələkvari bölünmüş yarpaqlarının aşağı hissəsi gümüşü tüklərlə örtülmüşdür.Apreı-may aylarında çiçəkləyir.Çiçəkləri sarı rəngdədir.Toxum və qələmlərlə çoxaldılır.
Ekologiyası Torpağa tələbkar deyil,lakin,yüngül torpaqlarda daha yaxşı inkişaf edir.
Azərbaycanda yayılması Mədəni şəraitdə Bakıda,Gəncədə,Balakəndə,Qubada və s. şəhər və rayonlarda becərilir.
İstifadəsi Bağ və parklarda canlı çəpərlərin salınmasında,bordür və müxtəlif dekorativ kompozisiyaların yaradılmasında geniş istifadə olunur.
Məlumat mənbəsi Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Afrika florası Kateqoriya:Avrasiya florası Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları