Skeleton Knight in Another World () və ya Yaponiyada tanınan adı ilə – KeG-in rəssamlığı ilə Ennki Hakari tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata skelet cəngavər kimi düşən videooyunçudan bəhs edir. Hakari ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Overlap 2015-ci ilin oktyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 10 cildi buraxılmışdır.

Akira Savanonun rəssamlığı ilə manqa adaptasiyası da istehsal olunmuşdur. Seven Seas Entertainment həm ranobeni, həm manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır.

Məzmun Oyunun baş qəhrəmanı yapon videooyunçudur. Bir gün videooyun oynayarkən yatıb qalır və oyananda özünü fentezi tərzində oyun dünyasına Ark Raratoya adlı skelet kimi düşdüyünü görür. Güclü silahlarla və zirehlə təchiz olunmuş Ark sakit həyat tərzi arzulayır, amma yolu elf döyüşçüləri ilə kəsişir və təhlükə və macəra ilə dolu səyahəti başlayır.

Media Roman Ennki Hakari ranobeni əvvəlcə 19 oktyabr 2014-cü ildə Shōsetsuka ni Narō saytında veb-roman şəklində yayımlamağa başlamışdır. 25 iyun 2015-ci ildə Overlap tərəfindən KeG-in rəssamlığı ilə ranobenin ilk cildi buraxılmışdır. İndiyə kimi 10 cildi nəşr olunmuşdur.

Seven Seas Entertainment ranobeni Şimali Amerika üçün lisenziyalaşdırmışdır. Şimali Amerikada ilk cild 11 iyun 2019-cu ildə buraxılacaq.

Manqa 10 fevral 2017-ci ildə Akira Savanonun rəssamlığı ilə Overlap nəşriyyatının "Comic Gardo" saytında manqa adaptasiyası yayımlanmağa başlamışdır. İndiyə qədər 15 cildi buraxılmışdır.

Seven Seas Entertainment ranobeni Şimali Amerika üçün lisenziyalaşdırmışdır. Şimali Amerikada ilk cild 9 iyul 2019-cu ildə buraxılacaq.

İstinadlar

Xarici keçidlər

Shōsetsuka ni Narō-da

Kateqoriya:2015-ci ilin Yaponiya romanları Kateqoriya:2017-ci ilin manqaları Kateqoriya:İsekay anime və manqaları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Əvvəlcə onlayn yayımlanmış ranobelər Kateqoriya:Shōsetsuka ni Narō Kateqoriya:Seven Seas Entertainment komiks başlıqları Kateqoriya:Overlap Kateqoriya:Ranobelər Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Şonen manqaları