Tele gölü () — Mərkəzi Afrika regionunda yerləşən göl. Konqo Respublikasının şimal-şərqində yerləşir.

Onun sahəsi 23 km², su həcmi 71 mln m³-dir. Demək olar ki, dairəvi formaya malikdir (6 km uzunluğa və 5 km enə malikdir). Konqo çayına axan qolla birləşir.

Gölün yerləşdiyi rayonda iri Qərb düzənlik qorillası populyasiyası vardır. Onların sayı 100 000 baş olaraq qiymətləndirilir

İstinadlar

Mənbə Origin and function of a closed depression in equatorial humid zones: The Lake Télé in North Congo

Kateqoriya:Konqo Respublikası gölləri