Şamaxı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Şamaxı şəhəridir.
Baş Qafqaz silsiləsinin cənub–şərq ətəklərində, Bakıdan 118 kilometr məsafədə yerləşən Şamaxı Azərbaycanın qədim tarixə malik şəhərlərindən biridir. Sahəsi 1670 km², əhalisi 85,3 min nəfərdir. Rayon ərazisində 3 tibb müəssisəsi, 97 mədəniyyət ocağı fəaliyyət göstərir.
Tarixi 240px|thumb|left|Şamaxı rayonu Dəmirçilər kəndi ərazsindən tapılmış II–IV əsrlərə aid qızıl diadema. Qafqaz Albaniyası mədəniyyəti. Milli Azərbaycan Tarixi Muzeyi. Qədim yunan coğrafiyaşünası Ptolomeyin "Coğrafi təlim–namasi"ndə "Samaxeya", "Kemaxeya", ərəb mənbələrində "Əş–Şə–maxiyyə" kimi qeyd edilmiş Şamaxı (m.ə. V–IV əsrlər) Azərbaycanın ən qədim şəhərlərindəndir. Şamaxı haqqında bir çox antik dövr ərəb, fars, türk, rus və orta əsr Avropa müəllifləri geniş məlumatlar vermişlər. Şamaxı sözünün etimologiyası haqqında müxtəlif mülahizələr mövcuddur. Bəzi mütəxəssislər onu qədim yerli tayfa adı ilə bağlayırlar.
Ərazidən tapılmış qədim Roma və Makedoniya İmperiyalarına məxsus antik sikkələr buranın hətta antik dövrlərdən mühüm mərkəz olduğunu göstərir. Ərəblərin Qafqazı işğalından sonra Şamaxı mahal mərkəzi olmuşdur. Ərəb xilafəti zəifləkdikdən sonra Şamaxıda feodal dövləti olan Şirvanşahlar dövləti yaranmışdır. X əsrin əvvəllərindon Şamaxı Şirvanşahlar (Məzyədilər) dövlətinin paytaxtı olub Yəzid ibn–Məzyədin şərəfinə Yəzidiyyə adlanırdı. Şirvanşah II Mənuçöhrün dövründə Şamaxı daha da qüdrətləndi. Lahicanşahlıq Şirvanşahlar dövlətinə birləşdirildikdən sonra qədim Şamaxı şəhərini bərpa etdirdi və Şirvanşahlar dövlətinin paytaxtı buraya köçürüldü. Şirvanşahlar dövlətinin çiçəklənməsi I Şah İbrahimin dövrünə təsadüf edir. Bu dövrü əhatə edən 1382–1417-ci illərdə Şamaxı həm iqtisadi, həm də mədəni cəhətdən sürətlə inkişaf etmiş və bir sıra xarici ölkələrlə böyük ticarət əlaqələri qurmuşdur. Şirvanşahlar dövləti süqut etdikdən sonra isə bu ərazi bəylərbəyi üsul–idarəsi ilə idarə edilmiş və 1578-ci ildən Şirvanda türk hərbi–inzibati idarə sistemi qurulmuşdur. Sonrakı dövrlərdə Şamaxı Şirvan bəylərbəyliyinin mərkəzinə çevrildi. 1734-cü ildə Nadir şah Şamaxını dağıdaraq indiki Ağsu şəhərinin yaxınlığına — Yeni Şamaxıya köçürdü. Nadir şahın ölümündən sonra (1747) yaranan Şamaxı xanlığı sonradan Osmanlı işğalına məruz qaldı. 190px|thumb|right|Şamaxı rayonu Xınıslı kəndi ərazisindəki qədim xəzinədən əldə edilmiş antropomorf gil qablardan biri. Qafqaz Albaniyası mədəniyyəti. Milli Azərbaycan Tarixi Muzeyi. Qərbi, şərqi və cənubu birləşdirən bir mərkəz olan Şamaxıda rus tacirlərinin öldürülməsi nəticəsində İran–Rus müharibəsi başlandı. Böyük Pyotr Şamaxı üzərinə yeridi və onu əsl xarabazara çevirdi. XVIII əsrin ortalarında xanlığa çevrilən Şamaxı 1805-ci ildə Rusiya imperiyası hakimiyyətini qəbul etdi. Şamaxı şəhəri 1846-cı ildə quberniya mərkəzi oldu. O, müxtəlif dövrlərdə Xəzər vilayətinin, Şamaxı qəzasnın, Şamaxı quberniyasının mərkəzi olmuşdur.
1667, 1859, 1902-ci illərdə Şamaxıda fəlakətli zəlzələlər olmuşdur. Buna baxmayaraq Şamaxı yenidən ayağa qalxmış, öz iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmişdir. Tez–tez baş verən zəlzələlər şəhəri bir neçə dəfə tamamilə dağıtmışdır. Ona görə də şəhərdə qədim tarixi abidələr, demək olar ki, qalmamışdır.
Ərazisində ən qədim yaşayış məskənlərindən olan Əngəxaran kəndi 1798-ci ildə Kəndxuda Ağacəbrayıl bəy tərəfindən Zaratxeybəri kəndindən köç edib indiki ərazisində yerləşərək əsasını qoymuşdur.
1918-ci ilin mart–aprel aylarında erməni zorakılıqlarından Azərbaycanın ən çox zərər çəkmiş bölgələrindən biri də Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndləri olmuşdur. Bu hadisə tarixi ədəbiyyatda Mart soyqırımı ilə birgə hallanır. (Şamaxı soyqırımı) 1920-ci ildə Azərbaycan rus bolşevikləri tərəfindən işğal edildikdən sonra Şamaxı on il yenə də quberniya mərkəzi olmuşdur.
1930-cu ildə Şamaxıya rayon statusu verilmişdir.
Tarixi abidələri Rayonun Çıraqlı kəndində e.ə. I minilliyin sonu — antik dövrə aid qədim qəbiristanlıq mövcuddur. Bundan başqa Göylər kəndində XII–XIV əsrlərə aid Pir–Mərdəkan Xanəgahı var. Bir versiyaya görə dövrünün görkəmli alimlərindən olan Seyid Mərdəkaninin qəbri buradadır. Dədəgünəş kəndi yaxlığında köhnə qəbiristanlıq və "Piri–Sultan Dədəgünəş" məqbərəsinin xarabalıqları yerləşir. Buradakı kitabədə bu sözlər yazılmışdır: "Bu məzar mərhum, bağışlanmış, xoşbəxt şəhid olmuş, əhalinin iftixarı, yüksəklərin və böyüklərin görkəmlisi, möminlərin qulu–yoldaşı, həqiqəti məydana çıxaran, kəramət sahiblərinin rəisi, Dədəgünəş övladlarından Şeyx Dədəqulunun oğlu şeyx Məhəmmədə aiddir (1602–1603)". Dədəgünəş şair Əfzələddin Xaqaninin əmisi Kəfiəddin Ömər ibn Osmanın ləqəbidir. O, zəmanəsinin tanmmış həkimi, həm də görkəmli filosofu olmuşdur. Burada Kəfiəddin Ömər ibn Osmanın təşkilaiçılığı və rəhbərliyi ilə bütün Şərqdə məşhur tibb akademiyası olan "Mədrəsəyə tibb" (tibb mədrəsəsi) və müalicəxana fəaliyyət göstərmişdir. Şamaxıda XIX əsrə aid türbələr kompleksi də mövcuddur. Şamaxı hakimi Mustafa xanın ailə üzvləri üçün tikilmiş 7 türbədən 4-ü qalmışdir. Türbələr yonulmuş ağ daşdan inşa edilmiş, çatmatağlı gümbəzlə örtülmüşdür. Xanın anasının dəfn edildiyi türbənin (1810) kitabəsində "Ustad Tağı memar" həsr edilmişdir.
Kələxana kəndində XVII əsrə aid memarlıq kompleksinin isə 9 türbəsindən 8-i qalmışdır. Türbələrdən biri üzərindəki kitabədə abidənin 1663-cü ildə sərkar Əbdüləzim Əmirəli oğlu tərəfindən İbrahim Əmirəhməd adlı şəxsin qəbri üzərində tikildiyi göstərilib.
Şamaxı şəhəri yaxınlığında IX əsrə aid Gülüstan qalası da bu günə gəlib çatan tarixi abidələrdəndir. Qalanın ön istehkamı dağın yamac hissəsində, narın qalası isə zirvəsində inşa edilmişdir. XV–XVII əsrlərdə Şirvan şahlarının müdafiə qalası və iqamətgahı olmuşdur. Yeraltı gizli yollar olan bu qala odlu silahın meydana gəlməsi ilə əhəmiyyətini itirmişdir.
Şamaxı rayonu çox nadir geoloji təbiət abidələri ilə də zəngindir. Ərazidə bir sıra karst mağaraları mövcuddur. Əsrarəngiz və nadir geoloji təbiət abidəsi Dəmirçi kəndi yaxınlığındakı "Dəmirçi palçıq vulkanı"dır. Qövsi–qüzeh çaları gözəlçiçəkli bitki xalısı fonunda və seyrək çaytikanı kollarının əhatəsində yer almış bu vulkan yaz və yay aylarında öz gümüşü əbası ilə çox yüksək estetik və valehedici görünüşlü olur. Çarhan, Məlikçobanlı və Quşçu vulkanları da özünəməxsus xüsusiyyətləri, gözəlliyi və unikal landşaftı ilə seçilir.
Coğrafiyası Ərazi Baş Qafqaz silsiləsini, Qobustan, Ləngəbiz silsiləsini və Şirvan düzünü tutur. Maksimal hündürlük 2500 m-ə çatır. Səthi, əsasən, dağlıdır Rayonun şimalını Baş Qafqaz silsiləsinin cənub hissəsi tutur. Ondan cənubda xırda plato və silsilələr sahəsi yerləşir Rayonun şərq hissəsi Qobustana daxildir. Pir–saatçaydan qərbdə, şimal–qərbdən cənub–şərqə doğru Ləngəbiz silsiləsi uzanır. Rayonun cənub hissəsi Şirvan düzünə daxildir.
Rayonda palçıq vulkanları vardır. Rayonun dağlıq hissələrində təbaşir yaşlı, alçaq dağlıq və dağətəyi zonalarda Paleogen yaşlı, cənubda Antropogen yaşlı çöküntülər yayılır. Faydalı qazıntılara bitium, gil, əhəngdaşı, qum–çınqıl aiddir. Mineral bulaqlar (Çuxuryurd) vardır. Rayon ərazisində Şirvan düzündən Dübrar silsiləsinə qədər yarımsəhra və quru çöl iqlimi, dağətəyi zonada yayı quraq keçən mülayim–isti, yağıntıları bərabər paylanan mülayim–isti, bütün fəsillərdə bol yağıntısı olan soyuq iqlim tipləri yaranır.
Çay və su hövzələri Əsas çaylar Ağsuçay, Pirsaat, Qozluçay, Acı–çay, Cigil çayları və kiçik göllər vardır. Ağsuçayın mənbəyi Sanbulaq dağnın (2268 m) yamacından (2100 m) başlayır, Pisaatçayın mənbəyi Baş Qafqazın cənub yamacmdan (2400 m) başlayır.
Landşaftları və bioloji müxtəlifliyi İqlimi cənubda qışı quraq keçir) mülayim–isti yanmsəhra və quru çöl tipli, şimalda yayı quraq keçən mülayim-istidir. Çimli dağ–çəmən, qəhvəyi dağ–meşə, dağ–qara, qonur dağ–meşə, dağ tünd–şabalıdı, şabalıdı, boz–qonur, şorakətvan boz–qonur, boz–çəmən və çəmən–boz torpaqlar yayılmışdır. Zəngin meşələri, subalp və aid çəmənlikləri, dağ–bozqır və yanmsəhra bitkiləri vardır. Şahdağ Milli parkmm cənub hissəsi (keçmiş Pirqulu Dövlət Təbiət Qoruğu) Şamaxı rayonu ərazisindədir. 520 növ bitki, o cümlədən, 130 növ ağac və kol bitkisi, 440 növ çiçəkli bitki, 143 heyvan və quş növü, o cümlədən 33 məməli növü mövcuddur. Dağın zirvəsində (2000 m) övliya məzarı yerləşir.
Florası Ərazinin dendroflorası, əsasən, qafqaz vələsi, şərq fıstığı, iberiya palıdı və iritozcuqlu palıddan ibarətdir. Meşələrdə, həmçinin, adi göyrüş, çöl ağcaqayını, çinaryarpaq ağcaqayın, vələsyarpaq qarağac, şərq qarağacı, qaraçöhrə, tozağacı, söyüd, şərq alması, qafqaz armudu, çaytikanı, əzgil, adi qoz, doqquzdan, itburnu, dəli–zoğal, müxtəlif növ yemişanlar, alça, albalı, meşəalbalısı, zirinc kimi ağac-kollar vardır.Əsgərov A. M. Azərbaycanın Ali bitkiləri. Azərbaycan florasının konspekti.3 cilddə. Bakı: Elm 2006
Fauna Burada cücüyeyənlər dəstəsindən uzunquyruq ağdişə, ağdöş kirpiyə, xırda köstəbəyə rast gəlinir. Yarasalar kiçik və böyük nalburunlar, itiqulaq şəpbərə, dağ gönlücəsi və s. növlərlə təmsil olunub. Ərazidə gəmiricilərin 10-a yaxın növü təsvir edilmişdir: adi sincab, sanboğaz siçan və s.. Yırtıcılardan canavar, çaqqal, tülkü, meşə pişiyi, qonur ayı, gəlincik, porsuq və s. növlər təsvir edilmişdir. Quşlardan qafqaz şahini, qırqovul, qaratoyuq, bildirçin, kəklik və göyərçinə rast gəlinir.Quliyev S. Azərbaycanın cütdırnaqlılar faunası. Bakı:Elm və Təhsi, 2008
Əhalisi
+Şamaxı rayonu əhalisinin etnik tərkibi Etnik qrup Sayı, 1999 sa.Population statistics of Eastern Europe: Azerbaijan Republic population and housing census of 1999 Nisbəti, 1999 sa. Sayı, 2009 sa.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Şamaxı rayonu Population statistics of Eastern Europe: Azerbaijan Republic population and housing census of 2009 Nisbəti, 2009 sa. toplam80 625100.00 %91 605100.00 % azərbaycanlı78 84497.79 %90 35098.63 % türk9791.21 %8790.96 % rus5150.64 %2350.26 % ləzgi1590.2 %870.09 % gürcü20.00 %210.02 % tat……60.01 % tatar80.01 %20.00 % ukraynalı610.08 %20.00 % yəhudi40.005 %…… erməni40.005 %…… digər490.06 %230.03 %
Sərhəd rayonlar Ağsu, İsmayıllı, Qobustan, Xızı, Quba.
Kəndləri # Kənd Təsərrüfat sayı Əhalisi1 Acıdərə 362 Adnalı 1759653 Aşkar 564 Avaxıl 994905 Bağırlı 46219576 Cabanı 1 763877 Cabanı 21254578 Çağan 1 441849 Çağan 2 3614910 Çarhan 525259911 Çaylı 1 368168512 Çaylı 2 9151013 Çıraqlı 4224214 Çöl – Göylər 4118515 Çuxuryurd 794104816 Dağ – Bağırlı 168125817 Dədəgünəş 5219818 Dəmirçi 10258219 Əhmədli 12350220 Əngəxaran 19685621 Ərçiman 13958522 Göylər 1860646223 Hacılı 7336524 Hacıqədirli 9452525 Həmyəli 415201726 Böyük – Xınıslı 1141227 Keçmədin 5121128 Kələxana 13980429 Kərkənc 16673030 Laləzar 6238431 Məlhəm 414139232 Məlikçobanlı 347188233 Məlcək 9448734 Mərzəndiyə 169102634 Meysəri 16269035 Mirikənd 17079936 Muğanlı 240106137 Nağaraxana 21286438 Nüydü 11363039 Ovculu 249112740 Pirbəhli 3818441 Qaladərəsi 3614342 Qaravəlli 278114343 Qəleybuğurd 19280144 Qızmeydan 258111445 Qonaqkənd 16682946 Qurdtəpə 13980447 Quşçu 558368148 Sabir 546370249 Sabirli 6138050 Safalı 3113451 Saqiyan 14564652 Şəhriyar 610210953 Şərədil 14757754 Şirvan 8841255 Sis 7934856 Talışnuru 7731757 Məmmədbəyli 64158 Yenikənd 4018059 Zarat – Xeybəri 40233 Cəmi1213153 618
Təhsil Şamaxı rayonunda hazırda 72 ümumtəhsil o cümlədən 51 tam orta, 17 ümumi orta, 4 ibtidai məktəb fəaliyyət göstərir. Eyni zamanda rayonda 23 məktəbəqədər və 5 məktəbdənkənar təhsil müəssisəsi vardır. Həmin təhsil müəssisələrində 1849 nəfər müəllim və 200 tərbiyəçi işləyir. Rayonun ümumtəhsil məktəblərində 14526 nəfər şagird, uşaq bağçalarında 1250 nəfər uşaq vardır.
Səhiyyə Şamaxı rayonunun əhalisinə 345 çarpaylıq mərkəzi, 40 çarpaylıq Göylər kənd və 35 çarpaylıq Sabir qəsəbə xəstəxanaları, poliklinika, habelə 16 həkim ambulatoriyası və 23 ferdşer – mama məntəqəsi, 114 həkim, 332 orta tibb işçisi və 248 kiçik tibb işçisi xidmət edir. Həmçinin rayonda müasir tələblərə cavab verən Diaqnostika Müalicə Mərkəzi fəaliyyət göstərir.