Palos burnu () — İspaniyanın cənub-şərqində yerləşən burun. İnzibati baxımından Mursiya vilayətinin Kartahena inzibati vahidliyinə daxildir. Burun Avropa materikinin ən böyük laqunu olan Mar-Menor və qumlu La-Manqa dilindən cənub-şərqindəyerləşirGuia de Cabo de Palos

Bueun qayalıdır və Kordiler-Bekita dağ sisteminin şimal qutaracağını təşkil edir. Palos Kosta-Kalidanın bir hissəsi olsa belə onun sahilləri daşlı və sıldırımlıdır. Burundan şərqdə Ormiqas adası yerləşir (Islas Hormigas)

Hələ antik dövrdə Böyük Plini və Postumius Festus Avienus burunda Ball Hamon məbədinin olması haqqında məlumat vermişdir. Roma və Karfagen anlaşmalarında əsrarəngiz burunlardan biri olaraq adı keçir. XVI əsrdə İspaniya kralı II Filipp Bərbər dəniz quldurlarından qorunmaq məqsədilə burada istehkam inşa etdirmişdir. 31 yanvar 1865-ci ildə burunda mayak inşa edilmişdir

Burun iki dəniz döyüşünün baş verməsi baxımından xatırlanılır. Birinci döyüş 19 iyun 1815-ci ildə Bərbərlərlə müharibədə, ikincisi isə 5–6 mart 1938-ci ildə vətəndaş müharibəsi zamanı baş vermişdir

İstinadlar

Kateqoriya:İspaniya burunları Kateqoriya:Aralıq dənizi burunları