Taqil burnu (, ) — Kerç yarımadasının cənub-şərq qurtaracağı. Öz növbəsində bir platodur və çölə dağru yüksəklik azalır. Onun mərkəzi hissəsində hündür qayalar vardır. Mütəxəsislərin fikirinə görə sarmat dövrünün əhəngdaşı süxürlarından təşkil olunmuşdur.
1772-ci ildə burun yaxınlığında Osmanlı ordusu ilə Rusiya imperiyasının ordusu arasında dəniz döyüşü baş vermişdir. Döyüş nəticəsində türklər bir neçə iri gəmilərini itirmişdir.
1832-ci ildə burunda yerləşən yüksəklikdə Taqil mayakı inşa edilmişdir. Mayak Kerç boğazına cənubdan nəzarət etməyə imkan verir.
Burunda 27 fevral 2013-cü ildə burunun 850 ha ərazisində Taqil burnu lanşaft-rekreasiya parkı təşkil edilmişdir
İstinadlar
Kateqoriya:Krım burunları Kateqoriya:Azov dənizi burunları Kateqoriya:Qara dəniz burunları