() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Kaliforniyada, Texasda və Şimali Meksikanın cənubunda təbii halda bitir.
Botaniki xarakteristikası Hündürlüyü 5 m-ə çatan,enli çətirli ağacdır. Yarpağinin uzunluğu 10-26 sm, eni 2-4 mm-dir, uzunsov neştərşəkillidir. Al-qırmızı, çəhrayı çiçəkləri enli süpürgə çiçək qrupunda toplanmışdır; 5 hissəli, ikicinslidir. Çiçək tacızəngşəkilli və ya qıfşəkilli. Bəzən iki dodaqlıdır. Erkəkcikləri 5 ədəddir. Kolibri və ya uzun xortumlu kəpənəklər vasitəsilə çarpaz tozlanır. Çiçəkləri güclü ətirə malikdir, çiçəkləmə əsasən iyul-avqust aylarına təsadüf edir. Meyvəsi ikilaylı qutucuqdur. Gövdəsinin buğumlarında, yarpaqların yan damarcıqlarının künclərində, saplaqlarda, kasacıq borucuğunun aşağı hissəsində çiçək kənarı tozcuqlar yerləşir. Bu cür tozcuqlar şəkərli maddələr ifraz edərək tozcuqla qidalnan və bitkiləri zərərvericilərdən mühafizə edən simbiotik qarışqaları cəlb edir. Hamar, qanadlı toxumları külək vasitəsilə, hətta küləksiz havada və ya sıx meşədə böyük məsafələrlə yayılırlar. Toxum və qələmlərlə çoxalır.
Ekologiyası Rütubətsevən, şaxtaya, quraqlığa davamsız bitkidir.
Azərbaycanda yayılması Böyük Qafqazda rast gəlinir. 1986-cı ildə Mərdəkan dendrarisində introduksiya olunmuşdur. Abşeronda, Lənkəranda park və bağlarda dekorativ çiçəkləyən bitki kimi yaşıllaşdırmada rast gəlinir.
İstifadəsi Neştəryarpaq çilopsisdən yaşıllaşdırmada, ağac emalı, mebel, eyni zamanda yeyinti sənayelərində istifadə olunur.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Şimali Amerika florası Kateqoriya:1826-cı ildə təsvir edilən bitkilər