Demokrat Vladimir Leonov () — SSRİ sərhədçisi, polkovnik, Sovet İttifaqı Qəhrəmanı. Damanskiy adasında Çinlə sərhəd münaqişəsinin iştirakçısı.

Tərcümeyi-hal Demokrat Leonov 1 aprel 1926-cı il sərhədçi Vladimir Porfiri Leonovun ailəsində Bakı şəhərində anadan olub 1943-cü ildə Bakıda orta məktəbin 9-cu sinfi bitirdikdən sonra sərhəd qoşunlarında xidmətə başlamışdır. 1947-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olmuşdur. 1954-cü ildə Daxili İşlər Nazirliyinin Hərbi institutunu bitirdikdən sonra Zaqafqaziyaya təyinat almış və dörd il sonra Transqafqaz Sərhəd Dairəsinin sərhəd dəstəsinin qərargahının müdiri olmuşdur. 1968-ci ildə Leonov İman ( 1972-ci ildən — Dalnereçensk) şəhərinə köçürülmüş və burada 57-ci sərhəd dəstəsinin rəisi vəzifəsini almışdır.

Damanskiy adasında sərhəd münaqişəsi 15 mart 1969-cu ildə D. Leonov Yanşina qrupunun dəstəyi üçün 135-ci motoatıcı diviziyanın T-62 tank qrupuna başçılıq edirdi. Damanskda döyüş əməliyyatlarında iştirak etdi.Çin qumbaraatanları tərəfindən vurulmuş tankı tərk edən zaman ürəyindən aldığı snayper atəşindən həlak oldu. Dalnereçenskdə (1972-ci ilə qədər — şəhər İman adlanırdı) hərbi qaydalarla dəfn edilmişdir.

Yaddaş Vladivostokda Demokrat Leonovun adına küçə var.

Dondurucu balıq ovu balıq gəmisi "Demokrat Leonov"un adını daşıyır, Petropavlovsk-Kamçatkada liman onun adınadır.

Sovet vaxtına Demokrat Leonovun adı Maqadan şəhərində 14 №-li orta məktəbin pioner dəstəsi də onun adını daşıyırdı.

Demokrat Leonovun adı Arxangelsk şəhərinin 52№-li Solombalısı orta məktəbin yaddaş lövhəsində yazılmışdır.

1980-ci ildə SSRİ Rabitə Nazirliyi tərəfindən D. V. Leonova portretinə bədii damğalanmış zərf buraxılmışdır.

Mükafatlar 21 mart 1969-cu ildən SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanıyla polkovnik Demokrat Leonova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir( olümündən sonra). 21 mart 1969-cu ildə ona "Lenin ordeni"nə layiq görülmüşdür (ölümündən sonra).

İstinadlar

Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:Primorsk diyarında dəfn olunanlar Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ polkovnikləri Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar