Blanko burnu () — Sakit okeanın Amerika sahillərində yerləşən burun. İnzibati baxımından Oreqon ştatının Karri dairəsinə daxildir. Alava burnu ilə eyni meridian üzərində yerləşir. Ancaq Alava burnu sahillərinin güclü şəkildə erroziyaya məruz qalmasına görə Blanko burnu ABŞ-nin materik hissəsi ən ucqar qərb nöqrəsi hesab edilir. For-Orford şəhərindən 8 km şimaldadır. Eyni adlı şəhər parkı ərazisinə daxildir. Burunda Blanko mayakı fəaliyyət göstərir. Onun haqqında ilk məlumat 1870-ci ilə aiddir.

Burunun adı Jül Vernin «Beş yüz milyon Bequn» romanınsa xatırladılır.

Mənbə

Cape Blanco Lighthouse Oregon State Parks: Cape Blanco State Park CapeBlanco.org: Cape Blanco Light

Kateqoriya:ABŞ burunları Kateqoriya:Sakit okean burunları