Faraonlar adası () — Qırmızı dənizə dail olan Akaba körfəzində yerləşən qayadan ibarət olan ada. Ada misirə məxsusdur. Adanın sahəsi 0.039 km²-dir. 2013-cü il məlummatına görə adada daimi yaşayış yoxdur.

Coğrafiyası Sinay yarımdasından bir qədər aralıda, Ərəbistan yarımadasından isə qərbbdə yerləşir. Ada Tabadan 8 km cənubdadır. Adanı sinay yarımadasından ensiz boğaz ayırır. Ada ilə yarımada arasında ən qısa məsafə 190 metrdirÖlçmələr Google Map mastəsi ilə aparılmışdır.. Adanın uzunluğu 350 m, eni isə 170 metrdir. Ada Qırmızı dənizə daxil olan Akaba körfəzinin suları ilə yuyulur. Səhra-quruçöl iqliminə malikdir. Dənizin hesabına rütubəlik nisbətən yüksəkdir. İllik yağıntının miqdarı olduqca aşağıdır. Bitki və heyvanlar aləmi baxımından kasıbdir.

Tarixi Ada əvvəllər ticarət yolları üzərində bir məntəqə olmuşdur. Ada haqqında ilk məlumatlar I Böyük Hiramın hakimiyyəti illərinə aiddir

XII əsrdə səlibçilər Qahirə ilə Dəməşq arasındakı yolu qorumaqdan ötrü adada gözətçi məntəqəsi inşa edirlər. Onlar adanı İl-de-Qray adlandırırlar. Ərəblər isə adaya Ayla adını vermişlər. Hazırdada İordaniyanın Akaba sahilləri bu cür adlanırPringle, Denys (2006). Aila and Ile de Graye. In Alan V. Murray. The Crusades: An Encyclopedia. Ancaq bir müddət sonra isə onlar adanı tərk edirlər. 1170-ci ildə Səlahəddin Əyyubi adanı ələ keçirir və burad öz qarnizonunu yerləşdirir. 1181-ci ilin noyabr ayında Şatilyonlu Reynald adfaya hücum etmişdir. Müsəlmanların hərbi blokadası 1183-cü ilin əvvəllərinə qədər davam etmişdir. Blokada cəmi iki gəmi ilə aparılırdı. Ancaq bundan bir nəticə əldə olunmamışdlır. Bir müddətdən sonra isə adada balıqçı kəndi salınmışdır. XIV əsrin əvvəllərində adada məmlüklərin ali çinli şəxsləri yaşayırdı. Sonrada onlkar Akabeyə yollanmışlar.Alan V. Murray (dir.) et al., The Crusades : an encyclopedia, États-Unis, ABC-CLIO, 2006, 1re éd., 1200 p. (ISBN 978–1576078624) (LCCN 2006019410), " Aila and Ile de Graye ", p. 23. Adanın yerləşdiyi ərazi Ərəb xilafəti, Misir Məmlükləri, Osmanlı imperiyası, Misir krallığının ərazisi olmuşdur. Hazırda isə Misir Ərəb Respublikasının ərazisidir.

Turizm Taba və Akabe şəhərlərindən turistlər adaya gəmilərlə axın edir. Burada qaladan başqa turistləri mərcan rifləri cəlb edir. Bununda əsas səbəblərindən biri İordaniya və İsrail sərhədləri yaxınlığında yerləşməsidir. Ərəb baharı hadisələrindən sonra ölkədə vəziyyət kritikləşir. Bundan sonra adaya axın azalmışdır.

28 iyul 2003-cü ildə qala YUNESCO ümumdünya irsi siyahısına namizəd olaraq göstərilmişdir. Ancaq bu adı ona hələ də verməmişlər

İstinadlar

Kateqoriya:Misir adaları Kateqoriya:Qırmızı dəniz adaları