thumb|Ananyino mədəniyyətinə aid edilən balta. Ananyino mədəniyyəti — eramızdan əvvəl VIII-III əsrlərdə Kama, qismən Volqa, Vyatka və Belaya çayları hövzələrində yayılmış İlk Dəmir dövrünə aid mədəniyyət.

Arxeoloji qazıntılar Ananyino mədəniyyəti ərazilərinin öyrənilməsində 1858-ci ildə aparılan arxeoloji qazıntılar böyük əhəmiyyət daşıyır. Həmin arxeoloji qazıntılar zamanı dən daşları, sümükdən hazırlanmış əmək alətləri, bəzək əşyaları, müxtəlif saxsı qablar, Misir allahı Amonun heykəlciyi və s. tapılmışdır.

Ananyino tayfalarının həyatı Ananyino mədəniyyəti tayfaları skif, sarmat, Sibir və Qafqaz tayfaları ilə ticarət əlaqələri saxlayırdılar. Əkinçilik, maldarlıq, ovçuluq, balıq tutmaqla, ticarət, toxuculuq və s. ilə məşğul olurmuşlar.

Mənbə Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə), I cild

İstinadlar

Kateqoriya:Mədəniyyət

Kateqoriya:Dəmir dövrü Kateqoriya:Avropanın arxeoloji mədəniyyətləri