() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Mərkəzi Amerikanın yarımsəhra zonalarında bitir.
Botaniki təsviri Hündürlüyü 2 m-ə çatan həmişəyaşıl kiçik ağac və ya koldur. Yarpaqları boz-yaşıldır. Çiçəkləri sarımtıl-yaşıl rənglidir. Çiçəkləməsi və meyvəverməsi 5-6 yaşından başlayır.Əsasən qış-yaz dövründə çiçəkləyir. Meyvəsi diametri 1-3 sm olan kiçik qozalara bənzəyir və qonur rənglidir.Kök sistemi dərin və yaxşı inkişaf etmişdir. Qələmlə və toxumla çoxaldılır.
Ekologiyası Qumluca torpaqlarda, 12-38°C temperaturda yaxşı bitir. Düz düşən günəş şüalarına dözür. Şaxtaya davamsızdır. Ətraf mühitin nəmişliyinə tələbkar deyildir. İl ərzində suvarılması məhduddur.
Azərbaycanda yayılması Mərdəkan dendrarisində 1987-ci ildə introduksiya olunmuşdur. Abşeronda mədəni şəraitdə yaşıllaşdırmada rast gəlinir.
İstifadəsi Bitkinin meyvəsindən alınan yağ ətriyyatda, saçlara yaxşı təsir etdiyi üçün kosmetikada və əczaçılıqda istifadə edilir. Bitki dekorativ görünüşlü olduğundan yaşıllaşdırmada istifadəsi məqsədyönlüdür.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Bitki yağları Kateqoriya:Kaliforniya florası Kateqoriya:Kollar Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları