Ömər Xalis Bıyıktay () (d. 1883 Ərzincan, Osmanlı İmperiyası – ö. 25 dekabr 1935, İstanbul, Türkiyə) — türk əsgər.
Hərbi fəaliyyəti 1905-ci ildə hərbi məktəbi bitirmişdir. 1908-ci ildə baş leytenant rütbəsinə yüksəldi. 1910-cu ildə Hərbi Akademiyaya daxil oldu. 1911-ci ildə akademiyanın tətil etməsi səbəbilə İtaliya-Osmanlı müharibəsinə qoşuldu. 1913-cü ildə yenidən Hərbi Akademiyada təhsil almağa başladı və 4 oktyabr 1914-cü ildə kapitan rütbəsi ilə məzun oldu. Birinci Dünya müharibəsində bir sıra hərbi vəzifələrdə xidmət etdi. 1 mart 1918-ci ildə mayor rütbəsinə yüksəldi.
Türkiyə İstiqlaliyyət müharibəsində 23-cü bölmənin komandiri kimi iştirak etdi. 10 dekabr 1921-ci ildə vali, 31 avqust 1922-ci ildə isə polkovnik rütbəsinə yüksəldi. Müharibədən sonra qırmızı lentli "İstiqlaliyyət medalı" ilə təltif edildi. 10 noyabr 1924-cü ildə Milli Müdafiə Nazirliyinin Ordu Bölməsinin rəhbəri təyin olundu.
1927-ci il avqustun 30-da general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. 30 avqust 1934-cü ildə general-leytenant vəzifəsinə yüksəldi. 1937-ci ildə Trakya manevrlərinə qoşuldu. 27 may 1934-cü ildə İstanbul Komandirliyinə təyin edilmiş və bu vəzifədə olduğu zaman 25 dekabr 1939-cu ildə öldü. 27 may 1934-cü ildə İstanbul Komandirliyinə təyin edildi və bu vəzifədə olduğu zaman 25 dekabr 1939-cu ildə vəfat etdi.
Medal və təltifləri "Osmaniyyə" ordeni Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)
Həmçinin bax İtaliya-Osmanlı müharibəsi Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi
Mənbə T. C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 225.
Kateqoriya:1883-cü ildə doğulanlar Kateqoriya:1935-ci ildə vəfat edənlər Kateqoriya:Ərzincanda doğulanlar Kateqoriya:İstanbulda vəfat edənlər Kateqoriya:Türkiyənin hərb tarixi