Larnit — mineral, β - Ca2[SiO4] 

Haqqında Larnit - dörd modifikasiyadan (α, β, γ1, γ) biri. Təbiətdə ancaq ikisi tapılıb - β larnit və γ1-larnit (bredigit). Monoklinik habitus lövhəvari.İkiləşməsi {100} üzrə polisintetik. Ayrılması {100} üzrə mükəm­məl. Rəngsiz, boz. Əsasi püskür­mə süxurların əhəngdaşı ilə kontaktından əmələ gəlir. Mervinit, sperrit, şpinel ilə assosiasiya olur. Çox az tapılır.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Kateqoriya:Nesosilikatlar Kateqoriya:Silikatlar (minerallar) Kateqoriya:Monoklinik sinqoniya mineralları