Nizami İsa oğlu Təhməzov () — ədliyyə general-mayoru, Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru (1993–1995).

Həyat və fəaliyyəti Nizami İsa oğlu Təhməzov 19 oktyabr 1947-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. İlk ibtidai təhsilini ana yurdu Dəmirçilərdə, orta təhsilini isə qonşu Dondarlı kəndində almışdır. 1965–1969-cu illərdə universiteti fərqlənmə diplomu ilə bitirərək təyinatla Respublika prokurorluğuna göndərilir. Bir müddət Ağdam, Şahbuz, Kürdəmir, Neftçala, Lənkəran və Bakının Əzizbəyov rayon prokurorluğunda müstəntiq işləyir. Daha sonra Respublika Prokurorluğunda şöbə prokuroru vəzifəsinə irəli çəkilir. 1984-cü ildə Bakı şəhər prokurorluğunda mühüm işlər müstəntiqi vəzifəsinə təyin olunan Nizami Təhməzov həmin vəzifədə 1992-ci ilə kimi çalışmışdır.

Nizami Təhməzov 9 noyabr 1993-cü ildə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru təyin olunmuş və 8 oktyabr 1994-cü ildə ona ədliyyə general-mayoru ali hərbi rütbəsi verilmişdir.

Nizami Təhməzov 70 yaşında ürək çatışmazlığından vəfat etmişdir.

İstinadlar

Kateqoriya:General-mayorlar Kateqoriya:Azərbaycan Respublikasının Hərbi prokurorları Kateqoriya:Azərbaycanın baş prokurorlarının müavinləri Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları