Oyan Nəzəriani () — azərbaycanlı sərbəst və çimərlik güləşçisi və sərbəst və çimərlik güləşi üzrə məşqçi. Çimərlik güləşi üzrə dünya çempionu (2019), Azərbaycan milli çimərlik güləşi komandasının baş məşqçisi, Dünya Güləş Birliyinin (UWW) təlimatçı məşqçisi və Çimərlik Güləşi Komitəsinin üzvüdür.
2014-cü ildən Azərbaycanı beynəlxalq güləş yarışlarında təmsil edib. 2016-cı ildə Bakıda keçirilən beynəlxalq “Qızıl Qran-Pri” turnirində qızıl, 2017-ci ildə İranın Abadan şəhərində keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunda gümüş medal qazanıb. Beşqat Azərbaycan çempionudur. 2019-cu ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilən çimərlik güləşi üzrə dünya çempionatında qızıl medal əldə edib.
2020-ci ildən Azərbaycan milli çimərlik güləşi komandasının baş məşqçisidir. Sərbəst və çimərlik güləşi üzrə məşqçilik fəaliyyəti ilə yanaşı, müxtəlif güləş növləri üzrə milli komanda üzvlərinin fiziki hazırlığında iştirak edir. 2024-cü ildə UWW-nin təlimatçı məşqçisi, 2025-ci ildə isə təşkilatın Çimərlik Güləşi Komitəsinin üzvü seçilib. 2026-cı ildə onun rəhbərliyi altında Azərbaycanın kişilərdən ibarət milli komandası çimərlik güləşi üzrə Dünya Seriyasının yekun komanda hesabında dünya çempionu olub. Həmin il UWW tərəfindən çimərlik güləşi üzrə ilin ən yaxşı məşqçisi seçilib.
Həyatı və təhsili Oyan Nəzəriani 1994-cü ildə Qərbi Azərbaycan ostanının Urmiya şəhərində anadan olub. Orta məktəbi Urmiyada bitirdikdən sonra Mahabad Azad Universitetinin hüquq fakültəsində təhsil alıb.
Karyerası 2003-cü ildən etibarən güləşlə məşğul olmağa başlayıb. 2011-ci ildə gənclər arasında keçirilən İran çempionatında üçüncü yeri tutub. Bundan sonra İran güləş yığmasına dəvət olunub. 2013-cü ildə İran yığmasının tərkibində Türkiyənin Kahramanmaraş şəhərində keçirilən Qurtuluş turnirində bürünc medal qazanıb. 2014-cü ildə Azərbaycana köçərək turnirlərdə Azərbaycanı təmsil etməyə başlayır. 2014-cü ildə Azərbaycanda gənclər arasında keçirilən respublika çempionatında qızıl medal, "AGF Kuboku" uğrunda beynəlxalq turnirdə gümüş medal, "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnirdə qızıl medal, Dağıstanda keçirilən beynəlxalq turnirdə isə gümüş medal qazanıb. Sonradan elə həmin ildə Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatında və Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında güləş üzrə Dünya çempionatında çıxış edib. 2015-ci ildə Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatında iştirak etmiş, Rusiyanın paytaxtı Moskvada keçirilən güləş üzrə Avropa Millətlər Kuboku turnirində gümüş medal, Azərbaycan çempionatında isə qızıl medal almışdır. 2016-cı ildə Avropa Millətlər Kubokunda üçüncü, "Qızıl Qran Pri" beynəlxalq turnirində isə birinci yerə çıxıb. 2017-ci ildə İranın Abadan şəhərində keçirilən Yunan-Roma güləşi üzrə Dünya Kubokunda gümüş medal qazanıb. 2015, 2016, 2017 və 2018-ci illərdə 130 kq çəkidə Azərbaycan çempionu olub. 2019-cu ilin fevral ayında Türkiyənin İstanbul şəhərində keçirilən Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində ikinci yerə çıxaraq gümüş medal alıb. 2019-cu ilin sentyabr ayında Oyan Nəzəriani Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində çempion olaraq dünya çempionluğu kubokuna sahib çıxıb.
Məşqçilik fəaliyyəti 21 sentyabr 2020-ci il tarixində Çimərlik güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi təyin edilib. 11 sentyabr 2021-ci ildə Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Çempionatda Oyan Nəzərianinin rəhbərliyi ilə Azərbaycanı təmsil edən 4 idmançının hər biri müxtəlif medallarla təltif ediliblər. Onlar ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Azərbaycan yığması bu yarışda yeniyetmələr arasında komanda hesabında üçüncü yerə yüksəlib.
2021-ci il sentyabrın 26-da Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə yeniyetmələrin və gənclərin dünya çempionatı keçirilib. Çempionatda Oyan Nəzərianinin rəhbərliyi ilə Azərbaycanı təmsil edən 4 idmançının hər biri müxtəlif medallarla təltif ediliblər. Onlar ümumilikdə 2 qızıl, 2 gümüş medal qazanıblar. Yeniyetmələr arasında komanda hesabında isə üçüncü yerə layiq görülüblər.
2021-ci il sentyabrın 25–26-da Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə böyüklər arasında dünya çempionatında Oyan Nəzəriani və İbrahim Yusubov hər biri gümüş medal qazanıblar.
2022-ci ildə Bakıda Avropa Oyunları Parkında Azərbaycan güləşi tarixində ilk çimərlik güləşi üzrə ölkə çempionatı keçirilib.
2022-ci ilin ay ayında Türkiyənin Sarıgerme qəsəbəsində çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsində Azərbaycan 67 xal toplayaraq komanda hesabında 2-ci olub.
2022-ci ilin iyul ayında Fransanın Sen-Loran-dü-Var şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 3-cü mərhələsində Azərbaycan yığmasının 3 idmançısı üçü də turnirin bürünc medal alıblar.
2022-ci lin iyul ayında Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatı keçirilib. Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Azərbaycanı qitə birinciliyində təmsil edən 4 güləşçi keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Avropa çempionu olublar.
2022-ci ilin sentyabr ayında Rumıniyanın Konstantsa şəhərində çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçirilib. Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Azərbaycanı 4 idmançı təmsil edib. Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) uğurlu çıxış ediblər. Onlar bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.
2022-ci ilin sentyabr ayında Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib. Dünya Seriyasının 5 mərhələsinin yekununda toplanan xallara əsasən, böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionatının medalçıları müəyyənləşib.
2023-cü ilin may ayında Çimərlik güləşi üzrə Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Dünya Seriyasının ilk mərhələsində 2 medal qazanıb.
2023-cü ilin sentyabr ayında Çimərlik güləşi üzrə Azərbaycan millisinin üzvləri Rumıniyanın Konstansa şəhərində keçirilən Dünya Seriyasının dördüncü mərhələsində 1 qızıl, 2 gümüş medal qazanıblar. Bununla da qrup mərhələsini adlayaraq yarımfinala yüksəliblər.
2024
2024-cü ildə Dünya Güləş Birliyinin təlimatçı məşqçisi seçilib.
2025-ci ildə isə Çimərlik Güləşi Komitəsinin üzvü seçilib.
2025
2026
Uğurları Yarış AZE2014201520162017201820192021Dünya Kuboku62Avropa Millətlər Kuboku23"Qızıl Qran-Pri" turniri1Çimərlik güləşi üzrə dünya çempionatı12U-23 Dünya çempionatı8U-23 Avropa çempionatı710 12Gənclərin Dünya Çempionatı8Gənclərin Avropa Çempionatı5Vehbi Əmrə və Hamit Kaplan xatirə turniri2Azərbaycan çempionatı311111AGF Kuboku2Naxçıvan Kuboku1
İstinadlar
Xarici keçidlər
2016-cı ildə Dünya Kubokunda çıxışı 2016-cı ildə Qızıl Qran Pri yarışında çıxışı 2018-ci il Azərbaycan Çempionatında final qarşılaşması 2019-cu ildə Çimərlik güləşi üzrə 1/2 final görüşü 2019-cu ildə Çimərlik güləşi üzrə final görüşü Çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzərianinin yarışla bağı fikirləri / Azərbaycan Güləş Federasiyası Çimərlik güləşi üzrə millimizdən tarixi uğur / İTV Çimərlik güləşi üzrə millimizdən uğurlu nəticə! / İTV Oyan Nəzərianinin Bakıda keçirilən çimərlik güləşi üzrə nüfuzlu yarışlarla bağlı təəssüratları / Azərbaycan Güləş Federasiyası Çimərlik güləşi üzrə milli komandanın baş məşqçisinin yarışla bağlı təəssüratları / Azərbaycan Güləş Federasiyası
Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Urmiyalılar