Bank of Baku Açıq Səhmdar Cəmiyyəti — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı.

Tarixçə left|thumb|286x286px|Bank of Baku — Baş İdarə "Bank of Baku" Açıq Səhmdar Cəmiyyəti 14.02.1994-cü ildə yaradılıb. Bank o illərdə "Tuqay" kommersiya bankı kimi yaradılmışdı. 10.02.1997 tarixindən sonra isə Bankın adı səhmdarlarının qərarı ilə dəyişdirildi və "Bank of Baku" kimi adlandırılmışdır.

"Bank of Baku" adı ilə fəaliyyətinə davam edən Bank, 14 may 1997-ci ildə Bakı Banklararası Valyuta Birjasının üzvü oldu və həmin il Birgə Səhmdar Kommersiya Bankı kimi təkrar qeydiyyatdan keçdi. 2004-cü il 22 oktyabr tarixində bankın hüquqi statusu Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti kimi təsbit olundu. Azərbaycan Respublikasının Mərkəzi Bankı 26 yanvar 2005-ci ildə "Bank of Baku" və "İlkbank" kommersiya banklarının birləşməsini rəsmən təsdiqlədikdən sonra, yeni "Bank of Baku" KB ASC-nin fəaliyyəti üçün lisenziya verdi.

Xidmət şəbəkəsi thumb|right|"Bank of Baku" Nərimanov filialı.

Bankın ilk filialı — Azneft filialı 1 iyun 2002-ci ildə istifadəyə verildi. 2013-cü ildə "Bank of Baku"-nun Müşahidə Şurası bankın yeni strateji inkişaf proqramını təsdiq etdi. Proqram çərçivəsində "Bank of Baku"-nun paytaxt və regionlarda yeni filialları açıldı.

Hal-hazırda Bank of Baku 20 filialı şəbəkəsi ilə Bakı və regionlarda müştərilərə xidmət göstərir.

Rəhbərlik Müşahidə Şurasının sədri — Elçin İsayev

İdarə Heyətinin sədri, İdarə Heyətinin üzvü — Həsən Quliyev

İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı- Rəşad Məlikov

İdarə Heyətinin üzvü (Risk və komplayens üzrə), Baş risk inzibatçısı- Zamin Hacılı

İstinadlar Kateqoriya:Azərbaycan bankları Kateqoriya:1994-cü ildə Azərbaycanda yarananlar