Umaro Embalo (6 may 2001-ci ildə anadan olub) — Sequnda Liqa təmsilçilərindən olan Benfika B klubunda hücumçu kimi çıxış edən peşəkar Portuqaliya futbolçusu.
Klub karyerası İlk illəri 14 yaşı olarkən Embalo ailəsi ilə birlikdə Portuqaliyaya köçmüşdür. O, Benfika klubu tərəfindən təşkil olunan bayram düşərgəsinə Qvineya-Bisaulu gənclər ilə birlikdə getmişdir. O, Migel Velozonun akademiyasına qoşulmaq istəsə də, Lissabon şəhərini təmsil edən Oeiras akademiyasına qəbul olmuşdur.
Benfika B Embalo Benfika akademiyası vasitəsilə inkişaf etmişdir. Oyunçunu bir müddət Barselona, Real Madrid və Mançester Yunayted klubu transfer etmək istəmişdir. Hətta RB Leypziq klubu Embalo üçün Benfikaya 20 milyon avroluq təklif göndərmişdir. Onun idealı Pari Sen-Jermen klubunun futbolçusu Anxel Di Mariyadır. Embalo öz peşəkar karyerasında debütünü 27 oktyabr 2018-ci ildə Sportinq Kovilya klubuna qarşı oyunda etmişdir. O, 90-cı dəqiqədə Kris Uilloku əvəz etmişdir. Sequnda Liqa görüşündə Benfika B rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir. Embalo Goal.com nəşriyyatı tərəfindən tərtib edilmiş NxGn 2018: dünyanın 50 ən yaxşı gənc futbolçusu siyahısına daxil edilmişdir.
Şəxsi həyatı Embalo Bisau şəhərində anadan olmuşdur. Valideynləri də Qvineya-Bisau vətəndaşlarıdır.
Karyera statistikası
Klub
KlubMövsümLiqaKubokLiqa KubokuAvropaDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolBenfika B2018–19Sequnda Liqa10000000—10Ümumi karyera100000000010
İstinadlar
Xarici keçidlər Soccerway Profile
Kateqoriya:Portuqaliya futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Portuqaliyanın kişi futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular