Sarvanovski adası və ya Vunsuol () — kola yarımadası ərtazisində yerləşən ada. İnzibati baxımından Rusiya Federasiyası, Murmansk vilayəti ərazisinə daxildir. Ada Umbozero gölündə yerləşir. Adanın sahəsi 2 km², maksimal hündürlüyü isə 198 metrdir.

Ada yarımadanın mərkəsində yerləşən gölün cənub-şərqindədir. Kisa çayının mənsəbinə yaxın ərazidə, sahildən 180 m aralıdadır. Ada qərbdən şərqə doğru uzanır. Uzunluğu 4,15 km, eni isə qərbdə 2,3 km, mərkəzdə 700 m təşkil edir. Umbozeranın ən böyük adasıdır.

Adanın qərbi təpəli, şərqi isə düzəndir. daşlı sahil, qərbdə sərt enişli sahələrə keçir. Burada nadir şam ağacları müşahidə edilir.

Ada balıqçılıq təsərrüfatında istifadə edilirВиртуальная приемная Губернатора Мурманской области — архив за 2009 год. Oktyabr qəsəbəsindən adaya 24 km-lik məsafə vardır.

Maraqlı fakt ondadır ki, adada maqnit anomaliyası müşahidə edilir. Kompasın əqrəbi şimal əvəzinə cənub-şərqi göstərir

Tarixi 1910-ci ildə isveçli etnoqraf adanı ziyarət edərək adada onlan qəbirstanlıqda saamilərə aid qəbiri gizlincə açmışdırВизе В. Ю. Лопарские сейды // Изв. Архангельского общества изучения Русского севера. — 1912. — № 9. — С.395-401; № 10. — С.453-459.Н. Харузин. Русские лопари, стр. 192. (Известия общества любителей естествознания, антропологии и этнографии, т. LXVI)..

1920-ci illərdə adada Sarvanovlar qardaşları yaşamışdır (saamilər). Onların maral sürüləri olmuşdur.

İstinadlar

Mənbə Ərazinin topoqrafik xəritəsi

Kateqoriya:Murmansk vilayəti adaları Kateqoriya:Murmansk vilayətinin yaşayış olmayan adaları