"Məlumat" qəzeti — gündəlik siyasi, ədəbi, iqtisadi elmi qəzet.
Tarixi 1911-ci ildə Orucov qardaşları tərəfindən nəşr olunurdu. Qəzetin müdiri Hacı İbrahim Qasımov, baş mühərriri isə Mehdi bəy Hacınski idi. Bu qəzet də tezliklə hökumət tərəfindən bağlanır. Yazıçıların əksər hissəsi qəzet və məcmuə səhifələrində dərc olunan yazılar üçün qonorar almaq hüququndan məhrum edilmişdilər. Şair Məhəmməd Hadi Azərbaycan qəzet və jurnal səhifələrində dərc edilən şerləri üçün bir qəpik də almazdı. Böyük ehtiyac içində boğulan şair buna görə şeirlərini ayrı-ayrı vərəqələr şəklində çap etdirərək onları küçə və meydanlarda özü satmağa məcbur olurdu. Həmçinin, bax Hacı İbrahim Qasımov
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan dilində qəzetlər