Cabbar Ağadadaş oğlu Qasımov () — plakatçı rəssam, professor, Azərbaycan Respublikasının xalq rəssamı (2002).
Həyatı Cabbar Qasımov 9 fevral 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1956-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1963-cü ildə V. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Cabbar Qasımov 1965-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmiş, İttifaqın Rəyasət Heyətinin üzvü və plakat bölməsinin sədri olmuşdur.
Professor Cabbar Qasımov yaradıcılıqla yanaşı, pedaqoji sahədə də fəaliyyət göstərmiş, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında işləmişdir.
Cabbar Qasımov 19 oktyabr 2002-ci ildə vəfat etmişdir.
Yaradıcılığı Cabbar Qasımov yaradıcılığına plakatçı rəssam kimi fəaliyyətə başlamış, Azərbaycanda bu sahədə aparıcı rəssam kimi tanınmışdır. O həmçinin rəngkarlıq əsərləri də yaratmış, kitab qrafikası və monumental sənətlə də məşğul olmuşdur. Onun yaratdığı plakatlar məzmunu, mövzu aktuallığı və emosionallığı ilə seçilirdi.
Rəssamın yaradıcılığında "Lenin yolu ilə kommunizmin qələbəsinə doğru" (1970), "Planetin uşaqlarına sülh", "Torpağı qoru və onu sev" əsərləri əhəmiyyətli yerə malikdir. Onun "Bizim amalımız qurmaqdır" plakatı 1965-ci ildə Zaqafqaziya plakatçı rəssamlarının yaradıcılıq konfransında nümunəvi hesab edilmiş və SSRİ Rəssamlar İttifaqının diplomu ilə təltif edilmişdir.
Cabbar Qasımovun əsərləri müxtəlif illərdə Azərbaycanda və digər ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilmiş, dəfələrlə diplomlara, fəxri fərmanlara layiq görülmüşdür.
Mükafatları "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1 dekabr 1982Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 30 may 2002http://e-qanun.az/files/framework/data/1/f_1691.htm
İstinadlar
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Azərbaycanın peyzajçı rəssamları Kateqoriya:XXI əsr Azərbaycan rəssamları Kateqoriya:XX əsr Azərbaycan rəssamları