() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

İnsanlarla qonşuluqda yaşayan, xarici görünüşünə və çıxardığı səslərə görə ən tanınmış quşlardır. Növ adı da insanlarla eyni ərazini paylaşmaları ilə əlaqədardı..

Bioloji təsviri

Xarici görünüş thumb|left|Ev sərçəsinin erkəyi thumb|left|Ev sərçəsinin dişisi 270px|thumb|Ev sərçəsinin səsi Uzunluqları 14–18 smВоробей // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907, çəkiləri 21–37 q təşkil edir. Ümumi rəngi — yuxarıdan qəhvəyi-qonur, sarımtıl rəng qara ləkələrlə, aşağıdan isə ağımtıl və ya boz. Yanaqları ağ, qulaq ətrafı ərazilər isə solğun boz rəngdə olur. Qanadları sarımtıl ağ zolağa sahibdirlər. Erkəklər dişilərdən qara rəngdə olan ləkəsinə görə fərqlənirlər. Bu ləkə boğaz və sinənin yuxarı hissəsini nəhatə edir. Üstəlik erkəklərin başlarının üst hissəsi tünd boz və tünd qonur rəngdə olur. Dişilərdə isə göz ətrafında boz-sarı rəngli zolaq vardır.

Yayılması İlk əvvəllər ev sərçələrinin yayılma arealı Şimali Avropa ilə məhdudlaşırdı. Sonradan Avropa və Asiya (Arktika, şimal-şərqi, cənub-şərqi və mərkəzi istisna), Şimali və Şərqi Afrika, Seneqal, Kiçik Asiya, Ərəbistan yarımadası və Yava adasına yayılmışdır.

XX əsrdən etibarən isə dünyanın bir çox ölkələrinə aparılmışdır. Hazırda onlar yuxarıda qeyd olunan ərazilərdən başqa Cənubi Afrika, Avstraliya, Yeni Zelandiya, Şimali Amerika və Cənubi Amerikaya və bir çox adalar yayılmışdır.

Alkt fəsiləyə daxil olan digər quşların böyük əksəriyyəti kimi demək olar ki, köçəri quşlar sayılmırlar, ancaq arealın ən şimal nöqtələrindən 1000 km məsafədə cənuba uçurlar. Mərkəzi Asiyadadan isə Öz Asiya və ya Hindistana köç edirlər.

İnsan yaşayış yerlərini təqib edərək meşə tundra və hətta tundra zonalarına belə yayılmışlar — Murmansk vilayətində, Peçorta çayının mənsəbindən, Saxanın şimal sərhədlərinə qədər.

Həyat tərzi Sinantrop canlı olaraq, insanla eyni yaşayış məkanını paylaşmaqla yanaşı, insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişilən həyat mühitinə tez bir şəkildə uyğunlaşa bilir.

Sərçələrə istər şəhər istərsə kənd tipli yaşayış məntəqələrində rastlamaq mümkündür. Ancaq Orta Asiyada onlar insanlardan uzaq durmağı üstün bilirlər. Kənd təsərrüfatında əkinçiliyinin genişləndirilməsindən sonra onların şimal və cənub istiqamətində geniş ərazidə yayılması müşahidə edilir.

Ev sərçələri oturaq həyat tərzi keçirir bu yuva şərtləri və insan yaşayış məntəqələrində zəngin yeməklə əlaqəlidir.

Qidalanması Əsasən bitki mənşəlli qidalarla qidalanırlar. Ancaq balalarını yaz ayları həşəratlarla bəsləyirlər.

Onların qida rasionuna dənli bitkilərin toxumları, ərzaq qalıqları, tarlalarda sünbüllər, albalı, üzüm, qarağat giləmeyvələri, yazda çiçək qönçələri daxildir. Yaxın ətrafda qida olmadıqda çəmənliklərə, meşə ətraflarına və çöllərə üz tutaraq yabanı ot bitkilərinin toxumları və bəzən cücülərlə qidalanırlar.

Çoxalması Sərçələr ya cütlüklər ya da koloniyalar şəklində yaşayırlar. Yuvalarını insanların evlərində və ya yaşayış məntəqələrinə yaxın ərazilərdə qururlar. Arealının cənubunda insanlar tərəfindən əkilmiş bitki və kolların arasında və ya sahələrə yaxın gildən təşkil olunmuş hündür yarğanlarda yuva qururlar. Cənubda sahə və tez-tez ağac və çalı ağaclarında, yarğanlarda, sahələrə bitişik tikilli qayalıqlarda tikilməkdədir

Yuvalarını müxtəlif yerlərdə — binaların damlarında, dəliklərdə, böyük quş yuvalarının divarlarında (Əsl vağ, Leylək, Qartal), ağac oyuqlarında, insanların düzətdiyi quş evləri, Adi sahil qaranquşunun hazırladığı dəlikləridə yuva qura bilirlər. Arealının cənubunda ağac budaqlarında belə yuva qurmaları müşahidə edilir.

Araşdırmaçıların uzun sürən müşahidələri onu göstərir ki, sərçələr ömrü böyü eyni cütlüklə ömür sürürlər. Bu canlıların örta ömür müddəti elə də çox olmasa da 9–11 il ömür sürən sərçələrə də rastlanılmışdır. Ancaq onların böyük hissəsi 4 ildən artıq ömür sürmür. Gənc sərçələrin böyük qismi ilk qışlamalarını belə keçirə bilmir və ortalama olaraq 9–21 ay yaşayırlarМамонов Г. А. Sərçə .

Yuvanın inşasındaçütlüyün hər iki üzvü iştiirak edir. Yuvalar dərin olur və əsasən quru otlardan inşa edilir. Quş lələklərindəndə istifadə edilməklə qalıq divarlı yuvalar qurulur.

Ev sərçələrində çütləşmə dövrü erkən başlayır. Çetləşmələr səs-küylər və dava-dalaşlarla müşahidə edilir. Mart ayında çütlüklər yuva tikintisinə başlayır və apreldə yumurta qoyurlar.

Dişilər 4–10, adətən 5–7 ədəd yumurta qoyurlar. Yumurtalar ağ rəngdə olur. Qırt yatma dövrü 11–13 gün davam edir.

Balanı hər iki valideyn bəsləyir. Balaya əsasən həşəratlar yedizdirilir. Bala yumurtadan çıxdıqdan 10 gün sonra yuvanı tərk edir.

Sərçələr yay aylarında bəzən iki (şimalda) və ya üç dəfə (cənubda) qırt yata bilirlər. ikicı qırtyatma iyun ayının ikinci yarısından başlayır, balalar yumurtadan iyulda çıxır.

Sərçələr adətən sürülər halında toplanır, bəzən bir neçə min başdan çox qrup təşkil edir və tarlalara yemək üçün uçur.

Payızın sonlarında quşlarda bir canlanma müşahidə edilir, erkəklər dişilərə qulluq edir, yuvaya yeni materiallar gətirirlər. Yenilənmiş yuva qışda gecə soyuqlarından qorumağa imkan verir.

Təsnifat İlk əvvəllər növə Karl Linney tərəfindən Fringilla domestica adı verilmişdir. Növ () cinsinə daxil edilmişdir.

Yarımnövləri thumb|250px| ev sərçələri 12 yarımnövə bölünür:

Əvvəllər Hindistan sərçəsi müstəqil növ olaraq (P. indicus) qəbul edilirdi. Onlar ev sərçələrinə nisbətdə az sinantrop olması və Orta Asiyadan hindistana köç etməkləri ilə seçilirlər.

Genetika Kapiotip: 76–78 xromoson (2n).

Molekulyar genetika] Verilənlər bazasında saxlanılan nukleotidlərin ardıcıllığı EntrezNucleotide, GenBank, NCBI, ABŞ: 1645 (2015-ci il 18 fevrala olan məlumat). Verilənlər bazasında saxlanılan zülalların ardıçıllığı EntrezProtein, GenBank, NCBI, США: 628 (2015-ci il 18 fevrala olan məlumat).

Ev sərçələri sərçəkililər dəstəsinə daxil olan növlər arasında genetik baxımından ən çox araşdırılmış növdür.

Genom: 1,26–1,57 pq (C-value).

Ev sərçəsi 11 min il öncə Avropa və Asiyadan Yaxın Şərqə qədər ərazidə yayılmışdış. Bu dövrdə Passer domesticus bactrianus yarımnövü meydana gəlmişdir. Evsərçələrində AMY2A variantı var ki, bu, uzun nişasta molekullarının daha qısa müddətə parçalanmasına imkan verən pankreasın fermentinin daha effektiv versiyasını istehsal etməyə imkan verir.

İnsanlar və sərçələr thumb|165px|left| İnsanla sərçə arasında olan əlaqə həm xeyir həm də zərər verə bilər. Bu baxımından müsbət və mənfi münasibətlər vardır.

Bəzən sərçələr ziyan verici hava ilə yayılan infeksiyaların daşıyıcısı ola bilir. Bir tarladan digərinə uçan quşlar bəzən zərərli anbar gənələrini daşıyırlar. Bununla yanaşı ev sərçələri Təbii çiçək, Difteriya və bir neçə ev quşu xəstəliklərini yayırlar. 2004-cü ildə Çində H5N1 virusu olan Quş qripi epidemiyası zamanı 38 ev sərçəsində aparılan testlər onların bəzisində təhlükəli virusun aşkarlanması ilə nəticələnmişdirИнформация отраслевого портала "Птицепром". .

Ev sərçələri əsasən areallarının cənubunda yay ayları çoxsaylı olduqları zaman dənli bitkilər, həmçinin giləmeyvələr (albalı, üzüm), günəbaxan və çətənə əkinlərinə ziyan vura bilir.

Sovet dövründə Orta Asiyada ev sərçəsinin bir yarımnövü olan Hind sərçəsi zərərveriçi olaraq ona qarşı zəhərli qidalarla mübarizə aparılırdı.

İlin qalan dövrlərində sərçələr insanlara demək olar ki, zərər vurmur. Xüsusi ilə bala çıxartdıqları dövrdə həşərat yeyən quşlaraın olmadığı ərazilərdə zərərveriçi həşəratlarla qidalanmaları insan üçün faydalıdır. Onların kütləvi ovlandığı zərərveriçi həşəratların artması müşahidə edilir.

Çində 1950-ci illərdə kənd təsərrüfatı zərərveriçilərinə qarşı aparılan sərçələri məhv etmə kompaniyası zamanı təkcə 1958-ci ilin aprel-may aylarında 3 gün ərzində Pekin və Şanxayda 900 min sərçə öldürülmüşdür. Həmin ilin noyabrının birinci yarısına qədər isə dəqiq olmayan məlumata görə 1,96 mlrd quş məhv edilir. Ancaq kütləvi ovlamalar 1959-cu ilin yaz-ya\y aylarında Şanxay və digər iri şəhərlərdə zərərli həşəratların kütləvi artımına səbəb olur. 18 mart 1960-cı ildə Mao Tszedunun şəxsi qərarı ilə bu məhv etmə dayandırılmışdırИнформация агентства "Синьхуа" от 2 марта 2007 года.В начале XXI века в Китае началась массовая кампания по защите воробьёв (см. заметку )..

İnsanlar tərəfindən sərçələrin zərərli həşəratları ovlamasına minnətdarlıq olaraq abidələr ucaldılmışdır. Buna misal olaraq XIX əsrin ortalarında qoyulmuş abidəni göstərmək olar. 2003-cü ildə bənzər bir abidə Baranoviçi şəhərində "Belarus quşlarının qorunması" ictimai təşkilatı tərəfindən 2003-cü ildə keçirilmiş "Ev sərçəsi — 2003-cü ilin quşu" kompaniyası çərçivəsində qoyulmuşdur"В Барановичах воздвигли памятник воробью" — сообщение РИА "Новости" от 13 октября 2003 года..

Sərçənin əti bərk və dadlı olmaması səbəbindən qida kimi istifadə edilmir.

Sərçələrin yoxa çıxması Belə bir fiki vardır ki, insana ən yaxın yabanı canlısı olaraq "bioloji bir göstərici" kimi fəaliyyət göstərə bilər. Bu növün populyasiyası əsasında ətraf mühitin vəziyyəti haqqında mülahizə irəli sürmək mümkündür. XXI əsrin əvvəllərinə əsasən ümumi Avropa miqyasında sərçələrin sayında azlma müşahidə edilir. Bəzi ölkələrdə isə bu növün nəsli kəsilmək ərəfəsindədirСведения взяты из новостной заметки РИА "Новости".. Belə ki, 1980-ci illərdə çexiyada sərçələrin sayı 75 %Чешские орнитологи бьют тревогу — Пресса — Радио Прага, Böyük Britaniyada 68 % azalmışdır. Böyük Britaniyanın əsasən şəhərlərində demək olar ki, sərçələr tamamən yoxa çıxmışdırQərb və Şərq tarixi. Britaniyada sərçələr yoxa çıxır — Azadlıq radiosu.. Onların yoxa çıxmasına səbəb kimi şəhərlərdə yaşıllıqların azalması, rekonstruksiya işləri ilə əlaqədar quşların bala çıxartma gönəmində balalarını cücülərlə qidalandıra bilməmələri həşəratların olmaması göstərilirNəyə görə sərçələr yoxa çıxır? Çiçəkli xəbərlər .

Buna baxmayaraq Avstraliyada Köhnə qitədən fərqli olaraq saylarında artım müşahidə edilir. Bu isə qitənin ekoloji balansını poza bilər. Bu səbəbdən sərçələrin ovlanması həyata keçirilir. Ancaq bu istənilən nəticəni vermirİzvestiya qəzetindən məlumat.

İstinadlar

Ədəbiyyat Ильенко А. И. Экология домовых воробьёв и их эктопаразитов. — М.: Наука, 1976. — 120 с. Птицы Советского Союза / Под ред. Г. П. Дементьева и Н. А. Гладкова. — : Советская наука, 1954. — Т. 5. Рябицев В. К. Птицы Урала, Приуралья и Западной Сибири: Справочник-определитель. — Екатеринбург: Изд-во Уральского университета, 2002. — ISBN 5-7525-0825-8. Олег Измайлович Семёнов-Тян-Шанский, Гилязов А. С. Птицы Лапландии. — : Наука, 1991. Устюгов Б. Мёртвая ворона несёт золотые яйца // Известия. — 2006. — 16 марта.

Xarici keçidlər "Pekində 300 sərçə təbiətə buraxılmışdır" "Китай: начинается массовая кампания по защите воробьёв"

Həmçinin bax

Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Pakistan quşları Kateqoriya:Hindistan quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Kosmopolit quşlar Kateqoriya:ABŞ quşları Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:Sinantrop növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar