() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Gürcüstanda və Ermənistanda (Dərələyəz) arealı vardır.
Botaniki xarakteristikası Boyu 9 m-ə çatan ağac və ya koldur. Çətiri kürəvari, qabığı boz, uzununa çatlıdır. Cavan zoğları bozumtul-qonur rəngdədir. Gövdəsi seyrək tikanlıdır. Yarpaqları enli ellipsvari, neştərvari, ucu sivriləşmişdir. Yarpaq ayasının hər iki tərəfi bozumtul sıx tükcüklüdür. Aprel ayında çiçəkləyir, çiçəkləri bir neçə ədəd olmaqla qalxan çiçək qrupunda yerləşir. Meyvəsi avqust ayında yetişir. Meyvəsi uzunsov, azacıq yastı formada olmaqla, yetişdikdə qonur sarımtıl rəng alır.
Ekologiyası Torpağa az tələbkar, quraqlığa davamlı, işıqsevən bitkidir. Quru daşlı yamaclarda rast gəlinir.
Azərbaycanda yayılması Böyük Qafqaz və Naxçıvan MR-da, Quba rayonunun qayalıq yerlərində, Xızı (Altıağac), Şamaxı (Göylər, Möl və Quşçu kəndləri arası), Şabran rayonu (Çıraqqala dağının yamacı), Ordubad (Gilançayın sağ sahilindəki Bist kəndi) və Şahbuz rayonlarında (Güneyqışlaq kəndinin quzey adlanan ərazisində, Biçənək meşəliklərində) təbii halda yayılmışdır.
İstifadəsi Çiçəkləmə və meyvə əmələ gətirmə dövründə dekorativ görünür.
İstinadlar
Həmçinin bax