"Danların əməlləri" (), həmçinin "Saksonun Danimarka tarixi" () və ya "Saksonun Danimarka salnaməsi" () — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir.

Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir. Salnamənin barəsində məlumat verdiyi son mövzu danların indiki Almaniyanın şimalında, Şlezviq-Holşteyn vilayətində yaşayan slavyan xalqı olan vendləri məğlub etməsidir. Əlavə olaraq, salnamə Avropanın orta əsr tarixi barədə skandinav perspektivdən məlumat verir. Əsərin əsas məqsədi mənəvi cəhətdən konstruktiv olmaq və Danimarkanın tarixini şərəfləndirməkdir. Salnamənin ədəbi əhəmiyyəti tarixi əhəmiyyətindən daha yüksəkdir.

Məzmunu Lund yepiskopu Absalonun sifarişi ilə latın dilində yazılan əsər 16 kitabdan ibarətdir. Salnamə əfsanəvi Kral Dandan VI Knuda qədər Danimarka krallarından bəhs edir və 1185-ci ildə vendlərin məğlub olması ilə sona çatır. Əsər zəngin və mürəkkəb bir dildə, əsasən nəsrlə yazılmışdır, ancaq şeriyyət elementlərinə də malikdir.

"Saksonun Danimarka tarixi" əsəri tarixi doğruluğu sual altında olan mənbələrdən ibarətdir. O, islandiyalıların şifahi əhvalatlarına qulaq asmış, qədim əsərlərdən, daşlar üzərində yazılmış mətnlərdən və yepiskop Absalonun dediklərini qeyd etmişdir. Saksonun salnaməsi tamamilə tarixi bir əsər deyildi və daha çox "Saksonun öz ağlı və vaxtının bir məhsulu" idi. O, Danimarkanın qədimi dövrü barədə tarixi və mifik məlumatları bir araya yığmış, onları danların keçmişi haqda öz düşüncələri ilə yenidən işləmişdir.

Bu on altı kitab iki hissəyə bölünür. İlk doqquz kitab əfsanələr haqdadır və altmışdan çox əfsanədən bəhs edir. Saksonun "Skyöldunqa saqası" və "Anqlosakson xronikası" əsərlərinin latın dilindəki variantlarını oxumuş olması ehtimal olunur. Səkkizinci kitabın sonunda Saksonun Bremenli Adam, "Roskille xronikası" və Sven Aqqesenin "Danimarka tarixi" əsəri kimi mənbələrdən istifadə etməsi ehtimal olunur. Doqquzuncu kitab Qoca Qorm ilə bitir və beləliklə ilk gerçək Danimarka kralı barədə olan sənədi təmsil etmiş olur. Onuncu, on birinci, on ikinci və on üçüncü kitablar Mavidiş Harolddan və XII əsrin ortalarına qədər baş vermiş hadisələrdən bəhs edir. Miqyas baxımdan uzun olan on dördüncü kitab və bir qədər qısa olan on beşinci kitab Danimarkada vətəndaş müharibəsi və Böyük Valdemarın hakimiyyətindən bəhs edir.

İlk dörd kitab danların təməlindən və Kral Dandan, eləcə də Danimarkanın İsa Məsihdən əvvəlki dövrdəki tarixindən bəhs edir. Çağdaş mənbələr Danimarkanın birinci kralının Saksonun dediyinin əksinə, Skyöldün olduğunu iddia edirlər. Növbəti dörd kitab Danimarkanın İsa Məsihdən sonrakı dövrdəki tarixindən bəhs edir. Doqquzuncu, onuncu, on birinci və on ikinci kitablar xristianlaşmış Danimarkadan, on üçüncü, on dördüncü, on beşinci və on altıncı kitablar isə Danimarkanın Saksonun həyatı dövründəki tarixindən bəhs edir. Tarixçilər Qrammatikin əsərin Müqəddəs Knud və Böyük Valdemarın hakimiyyətindən bəhs edən ikinci hissəsi son səkkiz kitabın yepiskop Absalonun dediklərinə əsaslandığına inanırlar. Yepiskop Absalon 1202-ci ildə, əsər hələ də natamam ikən vəfat etmişdir.

İlk dörd kitab İslandiya tarixçisi Snorri Sturlusonun ədəbi üslubuna oxşar bir şəkildə yazılmışdır. Onların ikisi də divlər və Skandinaviya tanrıları kimi mifik elementlərə toxunurlar. Sakson Qrammatik Skandinaviya mədəniyyətini və populyar inancları vurğulayır. O, ritorik şəkildə Danimarkada çox tapılan dolmenləri kimlərin tikə biləcəyini soruşur, çünki Danimarka şifahi xalq ədıbiyyatında onların daşlaşmış döyüşçülər olduğu deyilir. Saksonun verdiyi məlumata görə Danimarkanın birinci kralı Kral Danın Anqul adlı bir qardaşı var idi. O, qədim Skandinaviya tanrıları ilə görüşmüş Danimarka qəhrəmanları haqqında da məlumat verir. Saksonun barələrində yazdığı tanrıların hamısı xoşniyyətli olaraq təsvir edilməmişdilər. Onlar bəzən riyakar kimi təsvir edilmişdilər. Məsəlüçün, əfsanəvi Danimarka kralı Harald Döyüşdişin əhvalatında Döyüşdiş Odinin dəstəyi ilə vuruşur, ancaq Odin ona xəyanət edir və onu Valhallaya aparır.

Məqsədi Sakson Qramatik "Danların əməlləri" əsərinin müqəddiməsində yazır:

Yepiskop Absalon Danimarka tarixinin hansısa bir sənədə qeyd edilməmisini artıq qəbul edə bilmirdi. Buna görə də o, bu vəzifəni öz katibi olan Sakson Qrammatikə "onun ən nalayiq xidmətçisi"nə həvalə edir. Digər millətlərlə müqayisədə, ədəbi abidəyə malik olmayan Danimarka şirkətləri kasıb hesab edilirdi.

Kilsənin "Danların əməlləri" kimi bir əsəri maliyyələşdirməsinin əsas səbəbi Danimarkanın, xüsusən də Danimarka kilsəsinin müstəqilliyini vurğulamaq idi. Danimarkada vətəndaş müharibəsinin vəziyyətlərinə sərt və aydın reaksiyalar var idi. Müqəddəs Roma imperatoru bir-birləriylə vuruşan tərəflərin birini dəstəkləyirdi. Bu isə Danimarkanın iki, 1157-ci ildə isə üç hissəyə bölünməsinə gətirib çıxarmışdır.

Vətəndaş müharibəsi zamanı Danimarka kilsəsi Roma papasının əleyhinə olan Müqəddəs Roma imperatorunun nəzarəti altında idi. Əsər Lund yepiskopu Absalon yerinə, Hamburq yepiskopunun maraqlarını dəstəkləyən Bremenli Adama qarşı bir əks-cavab idi. Buna baxmayaraq, Bremenli Adam yazdıqlarında danimarkalıların lehinə idi və onun ömrünün son dövrlərində Hamburq yepiskopu olan Adalbertə qarşı sərt məzəmmət ifadə edirdi. Mədəni baxımdan salnamə bütpərəstlikdən xristianlığa geç keçmələrinə baxmayaraq, danların qədim mədəniyyətə və Qərbi Avropa Roma-Katolik mədəni sferasında mühüm bir yerə sahib olduqlarını sübut edən önəmli bir sənəd idi.

Əsərin pedaqoji və elmi məqsədi də var keçmişin idealları ilə indinin zərifliyinin müqayisəsi. Sakson döyüşlərin əbədi ruha yox, ancaq fani bir bədənə zərər verə biləcəyini deyir.

Əhəmiyyəti thumb|left|Sakson Qrammatik. Norveç rəssamı Luis Mu tərəfindən təsvir edilmişdir. XIX əsrin axırları və ya XX əsrin əvvəlləri.

"Danların əməlləri" salnaməsinin bəzi xüsusiyyətləri Şekspirin Uilyam Şekspirin "Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı" faciəsinin əsasını təşkil edir. Ehtimal olunur ki, Şekspir bu əsərdəki Danimarka şahzadəsi "Amlet"in (, ) əhvalatını özü oxumayıb və sadəcə şifahi variantına qulaq asıb. Şekspir Hamlet adını Amletin anaqramması olaraq istifadə edib. Saksonun üçüncü və dördüncü kitablarda təsvir etdiyi versiyası Şekspirin faciəsinə çox bənzəyir. Saksonun versiyasında Danimarka kralı Rorik iki qardaşa Orvendil və Fengiyə Yutlandiyanın hakimiyyəti verir. Çox keçmədən Orvendil Kral Rorikin qızı Gerut ilə evlənir. Amlet onların birinci və tək övladı olur. Fengi qardaşının evlənməsinə çox qəzəblənir və Yutlandiyanın yeganə hakimi olmaq istəyir. Buna görə də o, Orvendili qətlə yetirir. Fengi Gerutla evlənir və özünü Yutlandiyanın yeganə hakimi elan edir. Amlet atasının intiqamını almaq və Yutlandiyanın yeni kralı olmaq üçün əmisinə sui-qəsd planlayır. Sakson bu əhvalatı 1216-cı ildə yazıb-qurtarır. Bu dövrdə yeni Lund yepiskopu Anders Sunesen idi. Sakson əhvalatın müqəddiməsində yepiskopların hər ikisinə, eləcə də hakimiyyətdə olan Müzəffər Valdemara öz minnətdarlığını bildirmişdir.

Əsərin ən köhnə hissəsin tarixi dəyəri Saksonun yazdığı hekayələrin hansı mənbələrə əsaslanması ilə bağlıdır. O, tarixi insanları bu mənbələrdən bir-birinə bənzər hala gətirir, baxmayaraq ki, yadaşıqları dövrlər arasındakı fərqlər bir-birlərinə aid bir şey ola biləcəyini istisna edir. Ehtimal olunur ki, Sakson ən qədim dövrlərdən Danimarka tarixinin izahlı təsvirinin təqdim edilməsinin vacib olduğuna inanırdı. Buradakı ən aydın nümunə, Danimarkanın xilaskarı Tiranın atasının Ağılsız Etelred olaraq verilməsidir, ancaq tarixçilərə məlumdur ki, Hatelrad Tiranın nəvəsi, hətta nəticəsi yaşında idi. Sakson Uesseks kralı I Etelredi düşünməmişdisə, bu adın ortaya çıxmasının səbəbi Saksonun Harald Klaka məktub göndərmiş Hattelradı qəsdən səhv bir şəkildə təqdim etməsi ola bilər. Şübhəsiz ki, Saksonun ədəbi təqdimatındakı Frode Fredegodun Roma imperatoru Qay Yuli Sezar Oktavian Avqusta əsaslanıb. Onların ikisi də sülh şəraiti yaradan cahanşümul hakimdirlər və Məsihin davamçıları hesab edilirlər. Frode Fredegodun krallığı Oktavian Avqustun krallığı ilə paralellik daşıyır. Fredegod ilk növbədə Baltik dənizinin sahillərində, daha sonra Şimal dənizinin sahillərində hökmranlıq sürmü, Avqust isə Aralıq dənizinin sahillərində hökmranlıq sürmüşdür.

Sakson Qrammatikin əsərləri ilə İslandiya və Norveç mənbələri, eləcə də Danimarka tarixşünası Sven Aqqesenin verdiyi məlumatlar arasında böyük fərqlər var. Fərqliliklərə adətən Saksonun nəzmi və onun şəxsi fikirləri səbəb olur. Nümunə olaraq, Qrammatikin Tiranın əhvalatını təqdim etmək tərzi Sven Aqqeseninkindən daha təəccübləndiricidir. Qrammtik bu dəyişikliklər və nəzminə görə tez-tez tənqid olunur.

"Danların əməlləri" orta əsrlərdə latın dilində danışa bilən yeganə sosial təbəqə olan elita üçün nəzərdə tutulmuşdur. Baxmayaraq ki, salnamə bu qədər məhdudi bir auditoriyaya sahibdir, əsər növbəti illərdə çox məşhurlaşmışdır. Digər tərəfdən, əsər Danimarka tarixi ədəbiyytı üçün önəmli bir mənbəyə çevrilmişdir. Əsər 1514-cü ildə yenidən aşkarlanmışdır və 1575-ci ildə Danimarka dilinə tərcümə edilmişdir. Daha sonra əsər Nikolay Frederik Severin Qrundtviq tərəfindən tərcümə edilmişdir. Bir sıra Danimarka şairləri salnamədəki mif və əfsanələrdən ilhamlanaraq şeirlər yazmışdılar. Danimarka tarixçilərinin yalnız kiçik bir hissəsi daha çox Saksonun salnaməsi ilə tanınan Anql Uffa, Hrolf Kraki və Raqnar Lodbrok kimi əfsanəvi krallara etina eləmir.

Mənbə və ilham Əsər latın dilində, elmi və mürəkkəb şəkildə yazılmışdır. Sakson Qrammatik salnamənin latın dilinin romalılar tərəfindən Oktavian Avqustun dövründə, təqribən 0-cı illərdə istifadə edilən klassik latın forması ilə yazmışdır. Latın dilinin bu forması orta əsrlərdə istifadə edilən formasından çox fərqlənirdi.

Sakson Qrammatik yazılış üslubunun ilham mənbəyi olaraq Kvint Kurtsi, Ovid, Valeri Maksim, Yunian Yustin, Vergili, Horatsi və Martsian Kapella kimi latındilli yazıçılardan istifadə etmişdir. Sakson orta əsr tarixçiləri olan "Anql xalqının kilsə tarixi" əsərinin müəllifi Möhtərəm Beda, Pavel Diakon, Solsberili İohann, norman salnaməçisi və "Normandiya tarixi" əsərinin müəllifi Sen-Kantenli Dudodan da ilham almışdır. Buna baxmayaraq, onun müəllifi olduğu "Danların əməlləri" əsərinin yazılış üslubu daha çox Monmuntlu Qalfridin müəllifi olduğu "Britaniya krallarının tarixi" əsərinin yazılış üslubuna bənzəyir.

Sakson Qrammatikin hansı mənvələrdən istifadə etməyi sual altındadır. Tarixi mənbələrdə Qərbi Roma imperiyasının tarixinin xülasəsinin bir nüsxəsi Sakson tərəfindən kafedraldan götürülmüş, lakin bir müddət sonra Sorö monastrına geri qaytarıldığı verilib.

Xronologiyası "Danların əməlləri" əsərində heç bir formada hətta hadisələr üçün belə müəyyən bir tarix verilmədiyindən əsər xronik hesab edilmir. Salnamənin birinci hissəsi həm fərdlərin yaşadığı tarixləri, həm də ki, hadisələrin baş verdiyi tarixləri təyin etməkdə problemlər yaradır. Dəqiq şəkildə verilən yeganə tarix beşinci kitabda İsa Məsihin anadan olmasıdır. Bu konteksdə İsa Məsihin doğulduğu dövrdə kral Frode Fredeqod sülh içində yaşayırdı. Əsərin yeganə müəyyən tarixi ilk doqquz kitabdakı şəxslərin yaşadığı tarixləri və hadisələrin baş verdiyi tarixləri müəyyənləşdirməkdə kömək edir. Saksonun haqqında məlumat verdiyi nəsillər sayıldıqda, əsərdəki ilk hadisənin təxminən e.ə. 600-cü ildə baş verdiyi aşkarlanır.