Axalkələk həmçinin Axalkalaki ( – «yeni şəhər»; , Axalkalak) və ya Axılkələk () — Gürcüstanın Samtsxe-Cavaxeti diyarında şəhər, Axalkalaki bələdiyyəsinin inzibati mərkəzi. Axalkalaki Cavaxeti yaylasının üzərində, dəniz səviyyəsindən yüksəklikdə, Axaltsixe şəhərindən Gürcüstanın Türkiyə ilə olan sərhədindən uzaqlıqda yerləşir.
2014-ci ildə keçirilən əhali siyahıyaalmasına görə şəhər əhalisinin 93,8%-i erməni idi. Şəhərin nəzarəti 1828–1829-cu illərdəki Rusiya-Osmanlı müharibəsindən sonra Osmanlılardan Rusiya imperiyasına keçmişdir. 4 yanvar 1900-cu ildə qəsəbədə gerçəkləşən bir zəlzəlınin nəticəsi olaraq 1.000-dən çox insan həlak olmuşdur. 2014-cü ildə keçirilən əhali siyahıyaalmasına görə qəsəbənin ümumi əhalisi 8.295 nəfərdir.
Etimologiya Şəhərin adı bir söz birləşməsindən əmələ gəlmişdir. “Axali” () – «yeni», “kalaki” () – «şəhər» deməkdir və bir yerdə «yenişəhər» mənasını verir. Alman əsilli XVIII əsr Rusiya səyyahı İohan Anton Güldenştedt şəhərin başqa adlarının da olduğunu da qeyd edir. Bu adlar «Axalkatak» və «Nor-kaxak» idi. Nor-kaxak da bir söz birləşməsidir. Erməni dilində “nor” ( – «yeni», “kaxak” () – «şəhər» deməkdir.
Tarixi Yaşayış məntəqəsi haqdakı ilk məlumat 1064-cü ilə təsadüf edir. Bu dövrdə şəhər Cavaxeti vilayətinin siyasi mərkəzi idi. Axalkalaki 1066-cı ildə Böyük Səlcuq imperiyasının regiona hücumları dövründə məhv edilmiş, ancaq daha sonra yenidən inşa edilmişdir. XVI əsrdə şəhər Osmanlı qoşunları tərəfindən işğal edilmiş, Çıldır əyalətinin sancaq mərkəzinə çevrilmiş, adı isə «Axılkələk» () olaraq dəyişdirilmişdir.
1828-ci ildə general İvan Paskeviç Rusiya qoşunları Axalkalaki şəhərini işğal etdilər və növbəti il şəhər Rusiya imperiyası tərəfindən ihlaq edilmişdir. Şəhərin yerli müsəlman əhalisi Osmanlı Türkiyəsinə sürgün edilmiş, onların yerinə isə şəhərə Ərzurum vilayətində yaşayan ermənilər gətirilmişdir. Bu, Rusiyanın Cənubi Qafqazdakı irimiqyaslı köçürmə siyasətinin bir parçası idi.
4 yanvar 1900-cü il tarixində şəhərdə böyük bir zəlzələ baş vermişdir. Bu zəlzələdə təxminən 1.000 çox şəxs həlak olmuşdur.
7 oktyabr 2005-ci il tarixində şəhər sakinlərindən bir qrupu icra hakimiyyətinin binası qarşısında mitinq keçirmişdir. Aksiya iştirakçıları Bölgə Vergi Departamenti əməkdaşlarının şəhər ərazisindəki mağaza və ticarət köşklərində keçirdikləri reydin nəticələrindən narazılıq edirlər. Reyd zamanı gəlirlərin gizlədilməsi və digər qanun pozuntuları üzə çıxarılmışdır. Gürcüstan Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları aksiya iştirakçılarını dağıdarkən zorakı güc işlətmişlər. Bu hadisə axalkalakililəri hiddətləndirmişdir. Onlar həmin əməkdaşların vəzifədən uzaqlaşdırılıb yerlərinə erməni millətindən olan şəxslərin təyin edilməsini tələb etmişdilər.
13 aprel 2007-ci il tarixində Axalkalaki şəhərində rəsmi qeydiyyatdan keçməmiş erməni "Virk" və "Cavaxk" siyasi partiyalarının təşkilatçılığı ilə mitinq keçirilmişdir. Mitinq iştirakçıları erməni dilinə regional status verilməsini, yerli dövlət hakimiyyət orqanlarında kargüzarlığın erməni dilində aparılmasını tələb etmişdilər. Aksiyada, həmçinin erməni məktəbləri direktorlarının attestasiya imtahanlarını erməni dilində vermələri məsələsi də qaldırılmışdır.
Qalmaqal 2019-cu ilin yanvar ayının 20-də şəhərdə Qarabağ müharibəsi zamanı Horadiz, Xocalı və Füzuli şəhərlərinə keçirilən basqınlarda iştirak etmiş, Xocalı soyqırımında çoxlu azərbaycanlı mülki şəxsi qətlə yetirmiş erməni müharibə cinayətkarı Mixail Avaqyanın büstü yerləşdirilmişdir. Gənc Diplomatlar Assosiasiyası Qeyri-Hökumət Təşkilatının rəhbəri Zurab Qventsadzenin dediyinə görə “Gürcüstanın Axalkalaki şəhərində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dinc azərbaycanlı sakinlərin cəlladı olmuş Mixail Avaqyanın heykəlinin qoyulması Gürcüstandakı müəyyən erməniyönümlü qüvvələrin təşəbbüsüdür”. Onun sözlərinə görə, “erməni separatçısı Mixail Avaqyan təkcə Azərbaycan xalqının yox, həm də gürcü xalqının düşmənidir, ona görə də bu addım Gürcüstan və Azərbaycana qarşı yönəlib”:
Büstün qoyulması barədə keçirilən mərasimdə Axalkalaki şəhərinin meri Yurik Hunanyan, eləcə də Gürcüstan millət vəkilləri Enzel Myoan və Samvel Manukyan iştirak etmişdir.
Qərbi Kaspi Universitetinin professoru politoloq Fikrət Sadıxov “Gürcüstanın Cavaxetiya bölgəsində erməni terrorçusu Mixail Avaqyana abidə qoyulması Azərbaycanın maraqlarına, Azərbaycan xalqına bir zərbədir” demişdir. Politoloq qeyd edib ki, “bütün bunların fonunda Gürcüstandan belə bir hərəkət Azərbaycana bir təhqirdir”:
Hadisə 1 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Milli Məclisində müzakirə edilib. Əflatun Amaşov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib:
Milli Məclisin Spikeri Oqtay Əsədov bildirib ki, Axalkalaki şəhərində Avaqyana heykəlin qoyulması məsələsi ilə Gürcüstan Respublikası Xarici İşlər Nazirliyi məşğul olub: “Artıq Xarici İşlər Nazirliyi bununla bağlı münasibətini açıqlayıb. Bu məsələlər üzrə iş gedir. İnanıram ki, Gürcüstan hökuməti bu məsələyə diqqət yetirəcək və problem həllini tapacaq”.
Coğrafiya left|200px|thumb|İtaliya kartoqrafı Antonio Zattanın hazırladığı xəritədən fraqment. 1784-cü il. Şəhər Kür çayının iki kiçik qolu arasında yerləşir və şəhərin şimalındakı, Axalkalaki dəmiryol stansiyasından 74 km cənub-şərqdə birləşir. Landşaft bir yaylaq kimi təsvir edilə bilər.
Şəhərin cənub-şərqində yerli əhalinin Tavşanka adlandırdığı böyük bir təpə var. Təpənin əvvəllər sıx iynəyarpaqlı meşə ilə örtülməsinə baxmayaraq, 1990-cı illərdə odun əldə etmək üçün kəsiləndən sonra əhəmiyyətli dərəcədə seyrəkləşib. Təpənin şimal-qərb yamacında qəbiristanlıq mövcuddur.
Şəhərin şərqində Böyük Əbül dağı yerləşir. Dağın ətəyində Rusiya Silahlı Qüvvələrinə məxsus hərbi baza yerləşirdi ki, bu hərbi baza 2007-ci ildə Gürcüstan hökumətinə təhvil verilmişdir.
Əhali Brokhauz və Efronun ensiklopedik lüğətində verilən məlumatlara görə “Axalkalakidə əsasən ermənilər məskunlaşmışdır. 1887-ci ildə Axalkalkidə 534 ev var idi ki, bu evlərdə cəmi 4.303 nəfər yaşayırdı. Onların 61-i rus, 4.080-i erməni, 63-ü yəhudi, 45-i isə gürcü idi”. 1897-ci ildə keçirilən əhali siyahıyalmasına görə Axalkalakinin əhalisinin ümumi sayı 5.440 nəfər idi. 1969-cu ildə keçirilən əhali siyahıyalmasına görə Axalkalakidə 9.500 nəfər yaşayırdı. 1989-cu ildə keçirilən əhali siyahıyalmasına görə Axalkalakinin əhalisinin ümumi sayı 15.572 nəfər idi. 2014-cü ildə keçirilən əhali siyahıyaalmasına görə şəhərin ümumi əhalisi 8.295 nəfərdir.
İl Əhali Kişi Qadın 1864 1.339 -- -- 1882 3.074 -- -- 1887 4.303 -- -- 1910 6.193 3.259 2.934 1989 15.192 -- -- 2002 9.802 -- -- 2014 8.295 3.912 4.383
Tanınmış şəxsləri Derenik Dəmirçiyan — Ermənistan yazıçısı, tərcüməçisi, şairi, dramaturqu. Civani — Ermənistan aşığı və şairi. Harutyun Xaçatryan — Ermənistan rejissoru, ssenaristi, produseri, kinematoqrafı. Ruben Ter-Minasyan — Ermənistan dövlət xadimi, siyasətçisi, Daşnaksütun partiyasının üzvü. Hamo Ohancanyan — Ermənistan dövlət xadimi, siyasətçisi, Daşnaksütun partiyasının üzvü. Əhməd bəy Pepinov — Azərbaycan və Qazaxıstan ictimai-siyasi və dövlət xadimi.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Gürcüstan şəhərləri Kateqoriya:Axalkalaki Kateqoriya:Axalkalaki bələdiyyəsinin yaşayış məntəqələri Kateqoriya:Tiflis quberniyası