Eqer (, ) — Macarıstanın Heveş əyalətinin paytaxtı və Şimali Macarıstanın ikinci ən böyük şəhəri. Eqer şəhəri qalaları, termal qurğuları, tarixi binaları, Türk minarələri və qırmızı şərabı ilə tanınır. Eqerin tarixi Daş dövrünə aiddir. Şəhərin əsası XV əsrdə Macarıstanın ilk xristian kralı Müq. Stefan tərəfindən qoyulmuşdur (997-1038).

Coğrafiyası Eqer paytaxt Budapeştin 135 km şimal-şərqində, Eqer çayı sahilində, Bükk dağının ətəklərində yerləşir.

Tarixi Şəhərin tarixi Daş dövrünə aiddir. Erkən orta əsrlərdə alman, avar və slavyan tayfaları burada yerləşdi. 1241-ci ildə Avropanın monqollar tərəfindən işğal edilməsi zamanı tamamilə məhv edildi. IV. Belanın dövründə yenidən quruldu. 1552-ci ildə Osmanlı qüvvələri ilk dəfə şəhərə hücum elədilər, lakin ələ keçirə bilmədilər. Sultan III Mehmedin tabeliyində olan Osmanlı ordusu 24 sentyabrda qalanı mühasirəyə aldı və 12 oktyabr 1596-cı ildə fəth etdi. Şəhər fəth edildikdən sonra Eqer əyalətinin mərkəzi şəhəri oldu. 1687-ci il dekabrın 14-də Habsburqların işğalına qədər Osmanlı hakimiyyəti altında qaldı.

Beynəlxalq əlaqələri Qardaşlaşmış şəhərlər Eqer aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır: Dolnı Kubin, Slovakiya Çeboksarı, Çuvaşıstan, Rusiya Eslinqen-am-Nekkar, Almaniya Qeynsvill, Amerika Birləşmiş Ştatları Qeorqeni, Rumıniya Yerixon, Fələstin (2013-cü ildən) Kutna-Qora, Çexiya Makon, Burqon, Fransa Pori, Finlandiya Pşemsl, Polşa Sarçana, Liquriya, İtaliya

Qalereya

Həmçinin bax Macarıstan şəhərləri

İstinadlar

Xarici keçidlər

in Hungarian, English, German and Polish The Complete Guide to Eger Sightseeing, accommodation, activities and wine tourism in the Eger area Chasamsofer.com A modern traveller's account of his visit to Eger Eszterházy College Eszterházy College Egervaros.hu Aerial photography: Eger Eger and its surroundings on old postcards (collection of the municipal library) Eger – ShtetLink Eger at funiq.hu

Kateqoriya:Macarıstan şəhərləri