İnese Libina-Eqnere (d. 25 sentyabr 1977; Riqa, Latviya SSR) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin XI (2011–2014), XII (2014–2018) və XIII (2018—) çağırış üzvü, 12 iyun 2012-ci ildən isə Latviya Seyminin sədr müavini.

Həyatı İnese Libina-Eqnere 1977-ci il sentyabrın 25-də Riqa şəhərində anadan olub. 1996-cı ildə Liepaya şəhərində orta təhsilini bitirib və daha sonra Latviya Universitetində və Frayburq Universitetində hüquqşünas ixtisası üzrə ali təhsil alıb.

Fəaliyyəti İnese Libina-Eqnere 2007-ci ildən 2011-ci ilə qədər Latviya Prezidenti olan Valdis Zatlersin hüquq məsələləri üzrə məsləhətçidi oldu.

Deputatlığı dövrü İnese Libina-Eqnere 2011-ci ildə "İslahatlar" Partiyasının sıralarına üzv oldu və 2011-ci il sentyabrın 17-də baş tutan Latviya Seyminə Növbədən Kənar seçimlərdə qalib gəldi. 2012-ci il iyunun 12-də o, Latviya Seyminin sədr müavini seçildi. 2014-cü ilin may ayında İnese Libina-Eqnere, "İslahatlar" Partiyasından ayrıldı və "Vahid" Partiyanın üzvü oldu.

2014-cü ildə baş tutan Latviya Seyminə XII çağırış seçimlərdə qalib gələn İnese Libina-Eqnere, 2018-ci ildədə Latviya Seyminə üzv seçildi.

İstinadlar

Kateqoriya:Latviya Seyminin XI çağırış deputatları Kateqoriya:Latviya Seyminin XII çağırış deputatları Kateqoriya:Latviya Seyminin XIII çağırış deputatları Kateqoriya:Riqada doğulanlar Kateqoriya:Latviya siyasətçiləri