() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Vətəni Şimali Amerikadır.
Botaniki təsviri Hündürlüyü 1-1,5 m olan yarımkoldur, çətirinin diametri 1,5-2 m olmaqla şaxələnmişdir. Yarpağı 3-5 hissəli, eni 2,5 sm-ə qədər olub, tünd yaşıl, üzəri tükcüklüdür. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri al-qırmızı və ya çəhrayı rəngli olub, diametri 3-5 sm-ə çatır, ətirlidir. Çiçəkləmə dövründə gözəl görünür. Meyvələri yeməli, qırmızıdır, diametri 0,5 sm-dir. Kök zoğları və toxumlarla çoxalır.
Ekologiyası Nəmişli torpaqlarda, kök zoğları verərək çoxalır. Kölgəyə və soyuğa davamlıdır. Qışda sərt şaxtalarda donur, lakin yazda yenidən bərpa olunur.
Azərbaycanda yayılması Naxçıvan MR-da təbii halda yaylmışdır.
İstifadəsi Abşerona ətirli moruğu ilk dəfə 1930-ci ildə Rusiyadan gətirmişlər. Ətirli moruqdan dekorativ bitki kimi tək və ya qrup əkinlərində, canlı hasarların salınmasında istifadə etmək olar.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Giləmeyvələr Kateqoriya:Şimali Amerika florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları