Çingiz Əli oğlu Abdullayev () — professor, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, Alman–Azərbaycan Cəmiyyətinin sədri (1994-cü ildən), "Azərsu" ASC sədrinin müşaviri (2011-ci ildən), sülh səfiri, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü.

Həyatı 1 aprel 1960-cı ildə Ağstafa şəhərində anadan olub. Əslən Göyçə mahalının Böyük Məzrə kəndindəndir. 1977–1982-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-mexanik ixtisası üzrə təhsil alıb. 1982–1985-ci illərdə Keşlə maşınqayırma zavodunda mühəndis olaraq başlamışdır. 1985–1990-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında əyani aspirant, elmi işçi və müəllim işləyib.

Təltifləri 21 aprel 2022-ci ildə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir

Kitabları Almanlar Azərbaycanda (Deutsche in Aserbaidshan, Немцы в Азербайджане). Bakı: "Azərbaycan", 1992. 44 səh. Almaniya-Azərbaycan əlaqələri (Deutsch-Aserbaidshanische Beziehungen). Bakı: Azərbaycan Milli Ensiklopediyası, 2000. 156 səh. Alman-Azərbaycan mədəni əlaqələri. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu. Bakı: 2007. 254 səh. Alman-Azərbaycan mədəni əlaqələri. Bakı Slavyan Universiteti. Bakı: 2009. 42 səh. Azərbaycan-Almaniya əlaqələri. Bakı: Mütərcim, 2014. 192 səh. Almaniyada Cümhuriyyət arzusu. Bakı: Mütərcim, 2018. 36 səh. Qüvvə. Bakı: Mütərcim, 2022. 104 səh.

İstinadlar

Kateqoriya:"Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti